Azərbaycancaaz
Mir.az » Resept » Ən Asan və Ən Yumşaq : Ağlayan Tort Resepti

Ən Asan və Ən Yumşaq : Ağlayan Tort Resepti

1 320
asan resept,asan yemək resept,sadə resept
825 calories, 8 grams fat
Ən Asan və Ən Yumşaq : Ağlayan Tort Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Krem və şokolad sousu ilə kakaolu yaş tortu və ya keksi xatırladan ağlayan tort olduqca cəlbedici və dadlıdır. Yumşaq keks, zəngin kakaolu şokolad sousu və krem qaymağın gözəl harmoniyasına şahidlik edəcəyiniz asan ağlayan tort reseptini böyük soba qabında mütləq sınamalısınız.
Ürəyinizcə olan ağlayan tort hazırlamaq və nəm olmasını bacarmaq bəzən olduqca çətin ola bilər. Amma bu dadlı reseptlə tortunuzu asanlıqla hazırlamaq mümkündür.

Tort reseptlərinin ən kədərlisi olan, zəngin şokoladına baxmayaraq çox yüngül olan, kiçikdən böyüyə hər kəsin sevəcəyi ağlayan tortu sizdə mütləq hazırlayıb qonaqlarınızı dadı ilə heyran etməlisiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 2 stəkan un
  • 4 ədəd yumurta
  • 1/2 stəkan şəkər tozu
  • 3 xörək qaşığı kakao
  • 1/2 stəkan portağal suyu
  • 1/2 stəkan duru yağ
  • 1/2 stəkan süd
  • 1 paket qabartma toz

  • Tortu islatmaq üçün:
  • 2 stəkan süd

  • Krem üçün:
  • 1 paket krem şanti
  • 2 stəkan soyuq süd

  • Şokolad sousu üçün:
  • 300 qram tünd şokolad
  • 200 qram qaymaq

Hazırlanma qaydası:

Pandispaniya üçün şəkər tozu və yumurtanı ağarana qədər mikseri ilə çalın.
Süd və günəbaxan yağı əlavə etdikdən sonra bütün maye inqrediyentləri qısa müddətə yenidən çalın.
Un, qabartma tozu və kakaonu ələyib çalma prosesinə davam edin.
Sonda portağal suyunu əlavə edib istiliyədavamlı düzbucaqlı soba qabını kərə yağı ilə yağlayıb xəmiri tökün. Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 25 dəqiqə bişirin.
Tortun kremi üçün krem şantini soyuq südlə çaldıqdan sonra krem halına gəldikdə soyuducuya qoyun.
Şokolad sous üçün tünd şokoladı kiçik kublara kəsib , üzərinə qaymağı töküb qaynadın. Qaynadıqdan sonra otaq temperaturunda soyuması üçün kənara qoyun.
Sobadan çıxan pandispaniyanın üzərinə az-az südü tökün və içinə hopması üçün qısa müddət gözləyin. Gözlədikdən sonra kremi tortun üzərinə töküb yayın.Ardı ilə otaq temperaturunda olan şokolad sousunu töküb dilimləyərək servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 1

Şərh Yaz
  1. Mehmanə
    Mehmanə
    Qonaq
    çox sevirem şirniyyati, aglayan tortuda hazirlamaq isdiyirem, amma video şeklinde olsaydi resept yaxşı olardi

Şərh Yaz