Azərbaycancaaz
Mir.az » Resept » Əvəzolunmaz Dad : Islak Keks Resepti

Əvəzolunmaz Dad : Islak Keks Resepti

853
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Əvəzolunmaz Dad : Islak Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Islak keksin bir çox çeşidi var. Bu keks bir az qəhvəyi və bir az şokoladlı kakaolu tortu xatırladır. Ancaq ıslak keksi digərlərindən fərqləndirən yaş və ağızda əriyən olmasıdır. Bunu möhtəşəm sousuna borcludur. Süd və şəkərlə ləzzətli kakaonun birləşməsindən ibarət olan yaş keks sousuna tünd şokoladı əlavə olunur. Sous keksin üzərinə töküldüyü andan içinə nüfuz etməyə başlayır və o andan qarşısıalınmaz bir ləzzət yaranır!
Bu keksi bir qaşıq dondurma ilə də sınaya bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 4 ədəd iri yumurta
  • 1 stəkan şəkər tozu (200 q)
  • 1 stəkan süd (200ml)
  • 1 stəkan duru yağ (200ml)
  • 3 xörək qaşığı kakao
  • 1.5 paket qabartma tozu
  • 1.5 stəkan un (200 q)
  • 1 xörək qaşığı duru yağ (qabı yağlamaq üçün)

  • Sous üçün:
  • 3 stəkan süd (600ml)
  • 1/2 stəkan duru yağ (100ml)
  • 3/4 stəkan şəkər tozu (150 q)
  • 2 xörək qaşığı kakao
  • 50 qramtünd şokolad

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu mikserin köməyi ilə ağaranadək çalın.
Süd və günəbaxan yağı əlavə edərək çalmağa davam edin. Qalan keks xəmirinə ələnmiş un, kakao və qabartma tozunu əlavə etdikdən sonra taxta qaşıqla qarışdırın.
Keks qabını yağlayıb hazırladığınız keks qarışığını içinə tökün. Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 30-35 dəqiqə nəzarətli şəkildə bişirin.
Keks bişərkən sousu hazırlayın. Bütün sousun inqrediyentlərini bir qazana töküb,qarışdırıb qaynamağa qoyun. Sosun 1/3 hissəsini ayırıb içinə tünd şokolad əlavə edib qarışdırın.
Bişmiş keksi sobadan çıxarıb 10 dəqiqə soyumağa qoyun. Soyuduqdan sonra dilimləyib çəngəl ilə dilimlərin üzərinə deşiklər açın.
Əvvəlcə tünd şokoladsız sousu hər tərəfə bərabər şəkildə tökün və sousu özünə çəkməsi üçün yarım saat gözləyin. Sonra tünd şokolad sousunu tökün və keksi otaq temperaturuna gələnə qədər gözləyib servis edə bilərsiz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz