Azərbaycancaaz
Mir.az » Resept » Yaşılın Ən Şirin Halı : İspanaqlı Keks Resepti

Yaşılın Ən Şirin Halı : İspanaqlı Keks Resepti

69
asan resept,asan yemək resept,sadə resept
1040 calories, 10 grams fat
Yaşılın Ən Şirin Halı : İspanaqlı Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Görünüşü və rəngi ilə təəccübləndirən, ispanaqdan hazırlandığı heç vaxt başa düşülməyən, ilk dəfə dadına baxanlar üçün ispanağın ən şirin və sevimli variantı olan keks resepti. Çox güman ki, ispanaqlı keks resepti ilə tanış olmayanlar onun dadı ilə ciddi maraqlanırlar, lakin onlar ispanaqın dominant ləzzətinin keksdə necə əks olunduğunu da düşünürlər.
Haqlıdırlar, ancaq düşünürlər. Çünki ispanaqlı keksin ləzzətli dadı var.Nə isə, uzatmadan, keçək ispanaqlı keks reseptinə. Son olaraq: Həm keks kimi həm də arasını kəsib, kremləyib üzərini zövqə görə bəzəyib tort kimi özəl günlərinizdə rəngi ilə iştahaaçan dad kimi servis edə bilərsiniz.

* İspanaqlı tort reseptinin yaşıl rəngini verən hiylə, ispanağın yalnız yarpaq hissələrini istifadə etməkdir. Heç vaxt saplardan istifadə etməyin. Başqa bir hiylə isə süd əlavə etmək və tamamilə püre halına gətirməkdir. Püreniz nə qədər yumşaq olarsa, keksiniz bir o qədər yaşıl olar. Üstünə şokolad sousu da töküb servis bilərsiniz. İspanaqlı keksdə qətiyyən ispanaq qoxusunun olmadığına əmin ola bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

3 ədəd yumurta
1.5 stəkan şəkər tozu
3/4 stəkan süd
3/4 stəkan duru yağ
20 ədəd ispanaq yarpağı
1 paket qabartma tozu
1 paket vanil
2,5 stəkan un +4 yemək qaşığı

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu mikserlə 10 dəqiqə çalın.
İspanağın yalnız yarpaqlarını yuyub, üzərinə süd əlavə edib blender ilə püre halına gətirin.
Mikserləçaldığınız yumurta və şəkərin üzərinə yağ və süd ispanaqlı qarışığı əlavə edin yenidən 30 saniyə çalın.
Sonda un, qabartma tozu və vanili əlavə edib aşağı sürətlə 1 dəqiqə çalıb kərə yağı ilə yağlanmış keks qəlibinə tökün.
Əvvəlcədən isidilmiş 170 dərəcə sobada 40 dəqiqə bişirin. Diş çubuğu ilə bişib-bişmədiyini yoxladıqdan sonra sobadan çıxarın və tam soyuduqdan sonra qəlibdən çıxarın.
Şəkər tozu ilə bəzəyib süfrəyə verin.


NUŞ OLSUN?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz