Azərbaycancaaz
Mir.az » Resept » Asan Hazırlanan Yumşaq Çiyələkli Keks

Asan Hazırlanan Yumşaq Çiyələkli Keks

190
asan resept,asan yemək resept,sadə resept
445 calories, 4 grams fat
Asan Hazırlanan Yumşaq Çiyələkli Keks

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Təzə çiyələklərin mövsümü bitməmiş yumşaq və ləzzətli keks hazırlaya bilərsiniz. Asanlıqla hazırlaya biləcəyiniz çiyələkli keks reseptini təqdim edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

2 ədəd yumurta
0.5 stəkan şəkər tozu
0.5 stəkan maye yağ
0.5 stəkan un
1 stəkan süd
1 paket qabartma tozu

Qəlibi yağlamaq üçün:
1 çay qaşığı kərə yağı

Üzəri üçün :
1 paket şant krem
1 stəkan süd
10-12 ədəd çiyələk

Hazırlanma qaydası:

İlk öncə bir qabda 2 ədəd yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə 1 paket qabartma tozu, 1 stəkan süd, yarım stəkan maye yağı əlavə edib çırpmağa davam edin. Daha sonra hazır olan kütləyə yarım stəkan unu ələyin. Taxta qaşıqla və ya spatulayla ehtiyyatla qarışdırın. Kek qəlibini (baton formalı) kərə yağıyla yağlayın. Hazır kütləni qəlibə töküb əvvəlcədən 170 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Üzəri üçün bir qabda şanti kremin üzərinə süd əlavə edib mikserlə 3-4 dəqiqə qatlaşanadək çırpın. Bişib soyuyan keksin üzərinə çırpdığınız şanti kremi yaxın. Keksin üzərinə doğranmış çiyələkləri düzün.


Evdar.az

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz