Azərbaycancaaz
Mir.az » Resept » Görünüşü Möhtəşəm : Tiramisu Keksi Resepti

Görünüşü Möhtəşəm : Tiramisu Keksi Resepti

731
asan resept,asan yemək resept,sadə resept
1025 calories, 10 grams fat
Görünüşü Möhtəşəm : Tiramisu Keksi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Tək dadına görə deyil, həm də görünüşünə görə tiramisunu daha çox xatırladan bu keksi hazırlayıb sevdiklərinizlə bölüşə bilərsiniz. Mir.az zərif dadlı tiramisu keksinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 2 ədəd yumurta
  • 1 stəkan süd
  • 1 stəkan şəkər tozu
  • 1/2 stəkan duru yağ
  • 1 stəkan un
  • 2 xörək qaşığı kakao
  • 1 paket vanil
  • 1 paket qabartma tozu

  • Kremi üçün:
  • 2 stəkan süd
  • 1 dolu xörək qaşığı un
  • 1 xörək qaşığı qarğıdalı nişastası
  • 3 xörək qaşığı şəkər tozu
  • 200 qr mascarpone pendiri
  • 1 paket vanil

  • Keksi islatmaq üçün:
  • 1 paket nescafe və ya 1 dolu çay qaşığı iri dənəli qəhvə
  • 1 stəkan qaynar su

Hazırlanma qaydası:

Keksi hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə süd və duru yağ əlavə edib çırpmağa davam edin. Un, kakao, vanil və qabartma tozunu da ələyib kütləyə əlavə edib mikserin aşağı sürətiylə çırpdıqdan sonra yağlanmış, un səpilmiş 26 sm-lik keks (tart) qəlibinə töküb yayın. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.

Kremi hazırlamaq üçün kiçik bir qazana un, nişasta, şəkər tozu və süd əlavə edib tel çırpıcıyla qarışdırın. Qazanı ocağa qoyub orta odda qarışdıraraq bişirin. Qaynayan kütləyə vanil əlavə edib ocaqdan götürün. Otaq temepraturunda soyudun (arabir qarışdırın ki, üzəri qaysaq bağlamasın.) Soyuyan kremi 1 saatlıq soyuducuya yerləşdirin. Saatın tamamında soyuducudan çıxarıb mascarpone pendirini əlavə edib mikserlə 5 dəqiqə çırpın.
Bişib soyuyan keksi dəmlənmiş qəhvəylə isladın. Kremi krem torbasıyla sıxaraq və ya qaşıqla keksin üzərinə yayın. Üzərinə kakao səpib ən az 5-6 saatlıq soyuduca saxlayın. Və ya gecədən hazırlayıb səhər süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN 😋.



Şərhlər 1

Şərh Yaz
  1. Şövkət
    Şövkət
    Qonaq
    Mənə həmişə çox maraqlı gəlib bunu bişirmək müxtəlif cür şirniyatlar bisisrirdim amma trimusa risk edib bisirmemisdim ve bunu etdim nəticə super sağolun ki düzgün resepti paylasibsuz təşəkkür

Şərh Yaz