Taclı qızılbalıq: Fin üsulu balıq şorbası resepti
Yemək Haqqında:
Finlandiya mətbəxindən sup resepti.
Lohikeitto Finlandiyanın əfsanəvi qızılbalıq şorbasıdır. Çox fərqli, çox dadlı və çox sağlamlıq baxımında əvəzolunmaz bir reseptdir. Gəlin mətbəxə keçək və balıq şorbamızı bişirməyə başlayaq!

NEÇƏ NƏFƏR ÜÇÜN
5 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
500 qram qızılbalıq (dərisi soyulmuş)2 yerkökü
2 kartof
1 ədəd pırasa
6 stəkan balıq suyu
1 paket krem
2 qaşıq kərə yağı
1 dəstə ispanaq
2 diş sarımsaq
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Hazırlanma qaydası:
1. Əvvəlcə inqridentləri hazırlayın. Balıq filesi və kartofu böyük kublar formasında doğrayın. Pırasaları nazik-nazik yarım halqalara formasında doğrayın. Yerkökü tyorkadan keçirin. İspanağı iricə-incə doğrayın.
2. Kərə yağı tavada qızdırın, sarımsağı və pırasaları orta temperaturda yumşaq olana qədər qovurun. Sonra rəndələnmiş yerkökü əlavə edin və 5 dəqiqə sote edin.
3. Sonra doğranmış qızılbalığı əlavə edin və 1-2 dəqiqə qovurun, duz və istiot əlavə edib ocaqdan götürün.
4. Balıq bulyonunu bir qazana əlavə edin və qaynamağa qoyun. Qaynadıqdan sonra doğranmış kartofu əlavə edib 5-6 dəqiqə bişirin. Kartof yumşaldıqdan sonra kremi əlavə edib qaynamasını gözləyin.
5. Sonra sote edilmiş qarışığı qazana əlavə edin və yenidən qaynamasını gözləyin. Sonda şorbaya doğranmış ispanaq əlavə edin və 1 dəqiqədən sonra ocaqdan götürün. Nuş olsun!

Şərhlər 0
Şərh Yaz