Azərbaycancaaz
Mir.az » Resept » Dolu- Dolu Ləzzət : Ətli Kartof Bombası Resepti

Dolu- Dolu Ləzzət : Ətli Kartof Bombası Resepti

107
asan resept,asan yemək resept,sadə resept
330 calories, 3 grams fat
Dolu- Dolu Ləzzət : Ətli Kartof Bombası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bu dadlı resepti mütləq sınayın. O qədər iştahaaçandır ki, sadəcə bir ədəd yeyəcəm deyib,hamısını yemə ehtimalınız var.
Çölü xırtıldayan, rəndələnmiş kartof,içərisi isə ləzzətli ,yumşaq ətlə doldurulur.
İstəsəniz ət yerinə pendir də əlavə edərək fərqli dad, aroma ala bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

4 ədəd kartof
1 ədəd yumurta
1/2 çay qaşığı duz
1 çay qaşığı qara istiot
4 xörək qaşığı qızardılmış holland pendiri

İçi üçün:
3 xörək qaşığı duru yağ
150 qram mal əti
1 ədəd pomidor
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çimdik cəfəri

Sumaqlı soğanı üçün:
1 ədəd böyük soğan
1 xörək qaşığı sumaq
1 çay qaşığı duz
Yarım dəstə cəfəri

Hazırlanma qaydası:

Kartofları sürtkəcdən keçirib suyunu sıxıb qaba qoyun.
Yumurta, duz, istiot və rəndələnmiş holland pendirini əlavə edib qarışdırın.
Yağı tavada qızdırın. Üzərinə xırda kub şəklində doğranmış ət əlavə edib suyu çıxana qədər bişirin.
Doğranmış pomidor, duz, qara istiot və üyüdülmüş qırmızı bibər əlavə edin. Pomidorlar bişəndən sonra bir çimdik doğranmış cəfəri əlavə edib ocaqdan götürün.
Bir kasanı bir neçə dəfə streçləyin. Streç ilə örtülmüş qaba 2-3 qaşıq sürtgəcdən keçirilmiş kartof qarışığından töküb qabın formasını verin.
Orta hissəyə bişirdiyiniz kub ətdən 2 qaşıq əlavə edib streçlə qabdan çıxarıb top formasını verib 20 dəqiqə soyuducuda saxlayıb donduqdan sonra 190 dərəcə sobada 30 dəqiqə bişirin.
Doğranmış soğanları duz və sumaqla ovuşdurub cəfəri əlavə etdikdən sonra sobadan çıxan dadlı kartof bombalarının üzərinə qoyub servis edə bilərsiz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz