Azərbaycancaaz
Mir.az » Resept » Asan və tez hazırlanan Pizza: Tavada Kartof Pizzası Resepti

Asan və tez hazırlanan Pizza: Tavada Kartof Pizzası Resepti

828
asan resept,asan yemək resept,sadə resept
410 calories, 4 grams fat
Asan və tez hazırlanan Pizza: Tavada Kartof Pizzası Resepti

Yemək Haqqında:

Avropa mətbəxindən pizza resepti.
Hər kəsin asanlıqla hazırlayaca biləcəyi ləzzətli pizza resepti. Ancaq bu pizza üçün xəmir yoğurmağa ehtiyac yoxdur. Mir.az 10 dəqiqəyə tavada kartof pizzasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

2 ədəd yumurta
700 qr qabığı soyulmuş kartof
2 xörək qaşığı un
3-4 diş sarımsaq
duz, istiot
3 xörək qaşığı xama
1 çay qaşığı Dijon xardalı
200-250 qr hisə verilmiş ovçu kolbasası
2 ədəd orta ölçülü soğan
1 şirin bolqar bibəri
150 qr çerri pomidoru
170 qr bərk pendir
bir neçə budaq yaşıl soğan
bitki yağı

Hazırlanma qaydası:

İlk öncə soğanları yarım halqa şəklində doğrayın və tavada yüngülcə qovurun.Doğranmış bolqar bibəri əlavə edib bir neçə dəqiqə bişirin. Doğranmış kolbasa da əlavə edib qarışdırın və ocağın altını söndürün. Kartofu mətbəx kombaynından (və ya rəndənin iri gözündən) keçirin. Bir qaba kartof, əzilmiş sarımsaq, yumurta, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın.

Tavanı 2 xörək qaşığı bitki yağıyla yağlayın. Kartoflu kütləni yağlanmış tavaya yayın, zəif ocaqda təxminən 5 dəqiqə bişirin. Bir qabda xama və xardalı qarışdırın. Pendiri rəndələyin və pomidorları yarı bölün. Tavada bişən kartofu çevirin və 2-3 dəqiqə sonra bişən kartofa xamalı-xardallı sous yaxın. Bibərli-kolbasalı qarışığı sousun üzərinə yayın. Yarı bölünmüş pomidorları düzün, rəndələnmiş pendir və doğranmış göy soğan səpin. Ocağı zəiflədin, tavanın qapağı bağlı pendir əriyənədək bişirin.
Asan və tez hazırlanan Pizza: Tavada Kartof Pizzası Resepti


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz