Azərbaycancaaz
Mir.az » Resept » Fərqli Dad: Pendirli Kartoflu Oladi

Fərqli Dad: Pendirli Kartoflu Oladi

634
asan resept,asan yemək resept,sadə resept
00 calories, 0 grams fat
Fərqli Dad: Pendirli Kartoflu Oladi

Yemək Haqqında:

Avropa mətbəxindən Qəlyanaltı resepti.
Kartoflu pendirli oladi hazırlayıb sevdiklərinizlə bölüşün. Mir.az pendirli oladinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

0 nəfərlik

HAZIRLIQ VAXTI

0 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

0 dəqiqə

Tərkibi:

500 qr bişmiş kartof
1 diş balaca sarımsaq
1/2 stəkan un
2/3 çay qaşığı qabartma tozu
1/2 çay qaşığı duz
120 qr feta pendiri
2 budaq göy soğan
1 budaq cəfəri və ya keşniş
1 ədəd yumurta
2/4 stəkan süd
zövqə görə istiot

Hazırlanma qaydası:

Bişmiş soyumuş kartofun qabığını soyun və rəndənin iri gözündən keçirin. Yaşıl soğanı xırda doğrayın, sarımsağı sarımsaq əzəndən və ya xırda rəndədən keçirin. Bir qabda un, duz və qabartma tozunu qarışdırın. Geniş bir qaba kartof və un qarışığını töküb qarışdırın. Üzərinə yumurta əlavə edib qarışdırın .Daha sonra südü də əlavə edib qarışdırın. Xəmirə bir çimdik istiot, xırda doğranmış göy soğan, pendir və sarımsaq əlavə edib qarışdırın. Xırda doğranmış cəfəri və ya keşnişi də töküb qarışdırın. Tavada yağı qızdırın , xəmirdən 1 qaşıq tavaya töküb iki tərəfli qızardın. Eyni qayda ilə xəmir qurtaranadək bişirin.

Fərqli Dad: Pendirli Kartoflu Oladi

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz