Azərbaycancaaz
Mir.az » Resept » Zəncəfilli Yeni İl Peçenyə Resepti

Zəncəfilli Yeni İl Peçenyə Resepti

579
asan resept,asan yemək resept,sadə resept
5-613 calories, 5-6 grams fat
Zəncəfilli Yeni İl Peçenyə Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Peçenyə resepti.

NEÇƏ NƏFƏR ÜÇÜN

5-6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

13 dəqiqə

Tərkibi:

1 stəkan şəkər tozu

3 xörək qaşığı bəkməz (evdə nə bəkməz varsa istifadə edə bilərsiniz, üzüm, tut və ya keçiboynuzu bəkməzi ola bilər)

3 xörək qaşığı bal

5 xörək qaşığı su

3 xörək qaşığı toz darçın

1,5 xörək qaşığı toz zəncəfil

250q kərə yağı (böyük parçalara kəsilmiş)

1 çay qaşığı soda

4,5 stəkan un (əvvəlcə 4 stəkan istifadə edin, vəziyyətə görə 1/2 stəkan un əlavə edin və ya xəmirin tutarlılığına görə əlavə etməyin)

Üzərini bəzəmək

60 qr. yumurta ağı

350 qr. toz şəkər

1-2 damcı limon suyu

Hazırlanma qaydası:

1. Yumurta, şəkər tozu və yağı mikserlə şəkər əriyənə qədər çalın

2. Un və digər inqrediyentləri əlavə edərək xəmiri yoğurun. Xəmir ələ yapışmamalıdır.

3. Xəmir əllərinizə yapışıbsa, 1/2 stəkan kənarda saxladığınız unu qaşıqla əlavə edin. Xəmir əllərinizə yapışmayan kimi un əlavə etməyi dayandırın.

4. Xəmiri streçlə sarın və yarım saat soyuducuya qoyun. Xəmirin dincəlmə vaxtının son 10 dəqiqəsində sobanı 175 dərəcəyə qədər qızdırın.

5. Soyuducudan çıxardığınız peçenye xəmirini iki bərabər hissəyə bölün.

6. Parçalardan birini yüngülcə unlanmış taxtanın üzərinə qoyun. Xəmiri yüngülcə unlayın. Xəmiri peçenyə qəlibi və ya stəkan ağzıyla kəsin.

7. Kəsilmiş peçenye parçalarını yağlı kağız sərilmiş soba nimçəsinə qoyun. Digər parça üçün də eyni şeyi təkrarlayın.

8. Sobaya qoyub 12 dəqiqə bişirin.
Peçenyeləri sobadan çıxardıqdan sonra onları perqament kağızı ilə soyuq qril üzərinə qoyun. Mümkünsə peçenyeləri balkon kimi sərin yerdə bərkiyənə qədər təxminən yarım saat soyudun və servis edin.

Nuş olsun?

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz