Azərbaycancaaz
Mir.az » Resept » 3 Ərzaqla Hazırlanan Asan Balqabaqlı Şirniyyat Resepti

3 Ərzaqla Hazırlanan Asan Balqabaqlı Şirniyyat Resepti

457
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
3 Ərzaqla Hazırlanan Asan Balqabaqlı Şirniyyat Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Hər vaxtınız xeyir. Dəftərimdə hazırlanmağı gözləyən çox sayda reseptlər olsa da mən bu gün Balqabaq Mannı Desertini hazırlamaq qərarına gəldim. Etiraf edim ki, ancaq görünüşünün yaxşı olacağını düşünərək yoxlamaq istədim, amma düşündüyümdən qat-qat dadlı çıxdı. Resept yemək mövzusunda çox seçici olan oğlumdan müsbət rəy aldı. Elə mənim də çox xoşuma gəldi. Bu həftə də qonaqlarım üçün də hazırlamağı düşünürəm. Balqabaq ənənəvi südlü mannı desertinə həm gözəl görünüş, həm də ləziz dad verdi.

Adından da göründüyü kimi, Balqabaqlı Üçrəngli Mannı Desertində üç qat var. Ağ təbəqə vanil, ikinci hissəsi kakao, üçüncüsü isə balqabaqdır. Üç qat, amma narahat olmayın, çox asan və tez hazırlanır. Resepti sınadıqdan sonra şərh yazmağı unutmayın.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 1 litr süd
  • 12 xörək qaşığı mannı
  • 12 xörək qaşığı şəkər tozu
  • 1 paket vanil
  • 1 portağalın incə rəndələnmiş qabığı
  • 2 xörək qaşığı kakao
  • 1 stəkan qaynadılmış balqabağın pürəsi

Hazırlanma qaydası:

1. Süd, mannı, portağal qabığı və 10 xörək qaşığı şəkəri bir qazanda tel çırpıcı ilə orta odda qarışdırın. Qarışıq yaxşı qatılaşdıqda ocaqdan götürüb vaneli əlavə edərək qarışdırın.

2 Qarışığın üçdə birini başqa qaba tökün, kakao əlavə edin, qarışdırın və bir az isladilmiş borcama tökün. Mən orta ölçülü kvadrat borcam istifadə etdim.

2. Qalan qarışığın yarısını kakaolu qarışığın üzərinə tökün.

3. Ən son olaraq balqabaq püresini qalan iki xörək qaşığı şəkərlə qarışdırın və qalan desertə əlavə edib qarışdırın.

4. Son qat olaraq desertinizin üzərinə tökün. Otaq istiliyinə gələnə qədər deserti çöldə gözlədin. Sonra isə soyuducuya qaldırın.Spyuqduqdan sonra servis edə biıərsiniz.

Nuş olsun?



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz