Balqabaqlı Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirnuyyat resepti.
Balqabaq mövsümündə balqabaqdan keks bişirə bilərsiniz. İnanılmaz dərəcədə zərif, ağızda əriyən balqabaqlı mərmər keksin xarakterik balqabaq dadı və qoxusu yoxdur. Belə bir keks hər hansı bir çay süfrəsinin sevimlisinə çevriləcəkdir. Sizdə balqabaqlı keks hazırlamağa nə deyirsiz?

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
90 dəqiqəTərkibi:
Balqabaqlı qat üçün:2 ədəd yumurta
150 qram şəkər tozu
10 qram vanil
100 ml bitki yağı
300 qram balqabaq püresi
2 xörək qaşığı limon qabığı rəndəsi
250 qram un
10 qram qabartma tozu
1 çimdik duz
Şokoladlı qat üçün:
2 ədəd yumurta
150 qramşəkər tozu
10 qram vanil
100 ml bitki yağı
250 ml kefir
200 qram un
50 qram kakao
10 qram qabartma tozu
Hazırlanma qaydası:
Balqabaqlı xəmiri hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu və vanili yaxşıca çırpın. Bitki yağı, limon qabığı, balqabaq püresi əlavə edib çırpmağa davam edin.
Qeyd: balqabağı sürtgəcdən keçirib, blenderlə pürə halına gətirin.
Balqabaqlı kütlənin üzərinə un və qabartma tozu əlavə edib yaxşıca qarışıdırın.
Şokoladlı xəmiri hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu və vanili yaxşıca çırpın. Üzərinə bitki yağı və kefir əlavə edib çırpmağa davam edi.
Bir qaba un ,kakao, qabartma tozu əlavə edib qarışdırın. Kefir kütləsini quru qarışıqla birləşdirib yaxşıca qarışdırın. Diamteri 22 sm olan,kənarları açılan formanı kərə yağıyla yağlayıb unlayın. Balqabaqlı və şokoladlı xəmirdən qaşıq-qaşıq üst-üstə töküb formanı doldurun. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1 saat 30 dəqiqə bişirin. Keksin bişməyini uzun çöp şişlə yoxlaya bilərsiniz. Bişən keksi soyudun və üzərini zövqə görə qlazur tökə və ya şəkər kirşanı səpə bilərsiniz.
NUŞ OLSUN 😋.

Şərhlər 0
Şərh Yaz