Azərbaycancaaz
Mir.az » Resept » Cheesecake oxşayan “Mannılı Südlü“ şirniyyat resepti

Cheesecake oxşayan “Mannılı Südlü“ şirniyyat resepti

100
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
Cheesecake oxşayan “Mannılı Südlü“ şirniyyat resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Görünüşü gözəl, az ərzaqla çay süfrələrinizin bəzəyi Cheesecake görünümündə “ Mannılı Südlü “ şirniyyat hazırlamağa nə deyirsiz ?

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

Alt qat üçün:
1 stəkan mannı
1/2 stəkan şəkər tozu
2,5 stəkan süd

Üzəri üçün:
2,5 stəkan süd
2 xörək qaşığı mannı
3/4 stəkan şəkər tozu
2 paket vanil
2 xörək qaşığı nişasta
6-7 ədəd qoz ləpəsi

Hazırlanma qaydası:

Alt qat üçün qazana mannı,süd və şəkər tozu töküb qaynayana qədər qarışdırıb bişirin.
Sonra hazırladığınız qarışığı dairəvi kələpçəli qəlibin ( istəsəniz başqa qəlibdən də istifadə edə bilərsiz) içinə töküb yayın.
Üzəri üçün qazana süd, nişasta,mannı və şəkər tozu töküb qatılaşana qədər bişirin.Ocaqdan götürməzdən əvvəl vanili əlavə edin.
Hazırladığınız bu qarışımı mannı bazasının üzərinə yayın.Otaq temperaturunda bir az dincəlsin.Sonra soyuducuya qoyun.
Soyuducuda 2-3 saat soyuduqdan sonra qozla bəzəyib qəlibdən çıxarıb dilimləyərək süfrəyə verə bilərsiz.

NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz