Azərbaycancaaz
Mir.az » Resept » Sağlam Qidalanmaq İstəyənlər Üçün: Balqabaqlı Marmelad Resepti

Sağlam Qidalanmaq İstəyənlər Üçün: Balqabaqlı Marmelad Resepti

103
asan resept,asan yemək resept,sadə resept
2415 calories, 24 grams fat
Sağlam Qidalanmaq İstəyənlər Üçün: Balqabaqlı Marmelad Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Konfet resepti.
Sadə məhsullardan hazırlanan ləzzətli və faydalı balqabaq marmeladı. Soyuq fəsildə şirniyyat əvəzinə, faydalı marmelad hazırlaya bilərsiniz. Mir.az sadə məhsullarla hazırlanan və çox vaxt aparmayan marmeladın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

24 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 500 qr soyulmuş balqabaq
  • 1 ədəd portağal (təxminən 250 qr )
  • 1 stəkandan artıq şəkər tozu (təxminən 250 qr)
  • 40 qr jelatin

Hazırlanma qaydası:

İlk öncə balqabağın qabığını soyun.
Portağalın şirəsini sıxın və qabığını kənarda saxlayın.
Bir qaba portağal qabığı, soyulmuş balqabaq, şəkər tozu və portağal şirəsini əlavə edib orta ocaqda 15 dəqiqə balqabaq yumşalanadək bişirin.
Daha sonra portağalın qabığını çıxarın. Ocaqdan götürün və üzərinə jelatin əlavə edin. Kütləni birbaşa qabda blenderlə əzin və yaranan köpüyü götürün. Streç sellofan sərilmiş dördbucaqlı formaya kütləni tökün və soyuducuya yerləşdirin. Tamamilə bərkiməsini gözləyin.
Bərkiyən marmeladın üzərinə şəkər tozu səpin və dəzgahın üstünə çevirin. Streç sellofanı çıxarıb kiçik hissələrə kəsin.
Bu deserti dadarkən zəngin bir balqabaq və portağal şirəsi ləzzəti, bir az turş dad və parlaq bir qoxu alacaqsınız.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz