Azərbaycancaaz
Mir.az » Resept » Mükəmməl Qış Ləzzəti : Vitaminlərlə Zəngin Balqabaq Deserti Resepti

Mükəmməl Qış Ləzzəti : Vitaminlərlə Zəngin Balqabaq Deserti Resepti

523
asan resept,asan yemək resept,sadə resept
1240 calories, 12 grams fat
Mükəmməl Qış Ləzzəti : Vitaminlərlə Zəngin Balqabaq Deserti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Təbiətin rəngi sarıya çevrildikcə balqabaq mövsümü açıldı. Şorbalardan şirniyyatlara, içkilərdən bəzəklərə qədər bir çox formada gələn balqabaq lif baxımından olduqca zəngin bir qidadır. Mir.az mükəmməl bir qış ləzzəti olan balqabağın ən gözəl və klassik forması olan bişmiş balqabaq desertinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 1 kq qabığı soyulmuş, uzun dilimlənmiş balqabaq
  • 1,5 stəkan şəkər tozu

  • Üzəri üçün:
  • 1 stəkan tahin pastası ( küncüt pastası )
  • 2 stəkan iri doğranmış fındıq ləpəsi

Hazırlanma qaydası:

Əvvəlcə balqabağın qabığı soyub uzun dilim formasında doğrayın.
Geniş bir qaba balqabaq dilimlərini düzüb üzərinə şəkər tozu əlavə edin. Qabın üzərini streç sellofanla örtüb ən az 3 saat və ya bir gecə saxlayın. (Balqabağı mütləq ən azı 1 gecə əvvəl şəkər tozuyla eyni qazanda saxlamalısınız.).

Şəkərli balqabaqları soba sinisinə yerləşdirib əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Balqabaqları çevirib daha 20 dəqiqə bişirin. (Bişirərkən su əlavə etməyin, çünki balqabaq öz şirəsini buraxacaq)
Bişən balqabaqları sobadan götürüb otaq temperaturunda soyudun. Üzərinə tahin və iri doğranmış fındıq ləpəsi səpib süfrəyə verə bilərsiniz.
Bişmiş balqabaq desertini zövqə görə qoz ləpəsi, badam ləpəsiylə bəzəyib dondurma ilə süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz