Azərbaycancaaz
Mir.az » Resept » Dadına doyum olmayan ‘’Göbələk’’ salatı resepti

Dadına doyum olmayan ‘’Göbələk’’ salatı resepti

661
asan resept,asan yemək resept,sadə resept
210 calories, 2 grams fat
Dadına doyum olmayan ‘’Göbələk’’ salatı resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Bol vitaminli ‘’Göbələk’’ salatı. Məncə , buna heç kim xeyr deyə bilməyəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

  • 400 qram göbələk
  • 6 stekan su
  • 1/2 limon suyu
  • 1 ədəd qırmızı bibər ( kub-kub doğranmış)
  • 1 stekan konservləşdirilmiş qarğıdalı
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 dəstə soğan( incə doğranmış)
  • 1 dəstə şüyüd (incə doğranmış)
  • 2 ədəd turşu xiyar ( kub-kub doğranmış)
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

Göbələkləri yumadan qabığını soyub incə doğrayın.
Bir qazana qaynar su , limon suyu və göbələyi əlavə edib 10 dəqiqə qaynamağını gözləyin.Qaynadıqdan sonra bir qaba qoyun.Üzərinə doğranmış qırmızı bibəri,konservləşdirilmiş qarğıdalını,incə doğranmış soğanı, şüyüdü, xiyar turşusunu əlavə edin. Limonu sıxın və bütün ərzaqları yaxşıca qarışdırın. Ən sonda duz və zeytun yağı əlavə edib yenidən qarışdırın.Şüyüdlə bəzəyib süfrəyə verə bilərsiz.

NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz