Azərbaycancaaz
Mir.az » Resept » Birdə Bu Cür Sınayın : Göbələk Yeməyi Resepti

Birdə Bu Cür Sınayın : Göbələk Yeməyi Resepti

84
asan resept,asan yemək resept,sadə resept
215 calories, 2 grams fat
Birdə Bu Cür Sınayın :  Göbələk Yeməyi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Zülallara gəldikdə, göbələk bir çox qida ilə rəqabət edir.Tərəvəzlərlə, ət yeməklərində və hətta xəmirlərin içliklərində fərqli dada sahibdirlər.
Amma göbələk bişirərkən suyunu buraxmaq kimi problemlər yaranır, az ya da çox bişir və istəmədiyimiz hallarla qarşılaşırıq. Onun bişirmə sirləri var.
Məsələn, çoxumuz evdə göbələk yuyub bişiririk. Göbələkləri yuyarsanız, onlar kiri udar və orijinal dadını itirərlər.Halbuki göbələklər yuyulmadan,üst hissələri silinərək və ya çıxarılaraq bişirilə bilər. Buna görə də onu silmək çox vacibdir.
Göbələkləri bişirərkən daim qarışdırsanız, onlar öz şirələrini buraxa və fərqli bir dad verə bilərlər.
İstəsəniz ət və ya müxtəlif tərəvəzlər əlavə edərək bişirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 500 qram göbələk
  • 1 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı zeytun yağı
  • 2 diş sarımsaq
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Göbələklərin saplarını çıxarıb nəm parça və ya kağız salfet ilə yaxşıca silin.
Silinmiş göbələkləri çox incə deyil, bir az qalın şəkildə doğrayın.
Tava zeytun yağı əlavə edin.
Tava qızanda doğranmış göbələkləri əlavə edib aşağı xoda qoyub ,duz əlavə edib bir müddət bişirin.
Göbələyi tavaya atdıqda çalışın qarışdırmayın.
Bir tərəfinin rəngi azca dəyişdikdə, qarışdırıb üzərinə kərə yağı əlavə edin.
Yavaş qarışdıraraq sote edin.Üzərinə rəndələnmiş sarımsağı əlavə edib orta hesabla 10-15 dəqiqə bişirin. Bişdikdən sonra ocaqdan götürüb üzərinə duz və istiot əlavə edib servis edə bilərsiz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz