Azərbaycancaaz
Mir.az » Resept » Görünüşü Göz Oxşayır : Bol Tərəvəzli Kasa Salatı Resepti

Görünüşü Göz Oxşayır : Bol Tərəvəzli Kasa Salatı Resepti

299
asan resept,asan yemək resept,sadə resept
1620 calories, 16 grams fat
Görünüşü Göz Oxşayır : Bol Tərəvəzli Kasa Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Hamımız yaxşı bilirik ki, gözəl hazırlanmış və səliqə ilə təqdim olunan yemək olarsa, tox olsaq belə mütləq dadına baxarıq. Çünki biz insanlar istəyirik ki, əvvəlcə gözümüz ,sonra təbii ki, qarnımız doysun. Sizi hər mənada doyuracaq bir resept kasa salatıdır.
Çünki çox qəşəng və cazibədar görünür, həm də dadı çox gözəldir. Bu ləzzətli dadı ən gözəl söhbət masalarınıza qonaq edə bilər və ya yeməklərinizə qarnir edə bilərsiniz. Seçim sizin ixtiyarınızdadır. Kartof və bulqurun ecazkar əməkdaşlığı, doldurulmuş turşu, kök və noxudlarla zirvəyə yüksəlir və sizə də ləzzətlə yemək düşür. Mir.az ləzzətli kasa salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

16 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

1 stəkan incə bulqur
1 ədəd soğan
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı qara istiot
1 çay qaşığı kimyon
1 çay qaşığı üyüdülmüş qırmızı bibər tozu
1 çay qaşığı duz
5 ədəd kartof
1 ədəd kök
1 stəkan qaynadılmış noxud
5 ədəd turşu xiyar
1 stəkan qatıq
1/2 stəkan mayonez

Hazırlanma qaydası:

4 ədəd kartofu qaynadıb qabıqlarını soyun və əzərək bir qaba qoyun.
Bulquru dərin bir qaba töküb üzərinə 1 stəkan qaynar su əlavə edin və təxminən 10 dəqiqə kənara qoyun.
Soğanı xırda doğrayıb zeytun yağında qızardın, üzərinə tomat pastası və ədviyyatlar əlavə edib yaxşıca qovurun.
Hazırladığınız tomat pastası sousunu kartof püresinə şişmiş bulquru əlavə edib yaxşıca yoğurun və dincəlməsi üçün soyuducuya qoyun.
Salatı üçün qalan 1 kartof və yerkökünü incə doğrayıb üzərini örtəcək qədər su əlavə edin və tərəvəzlər yumşaq olana qədər bişirin.Bişdiksən sonra suyunu süzüb qaynadılmış noxudu və kub şəklində doğradığınız xiyar turşusunu əlavə edin. Qatıq, mayonez və xırda doğranmış şüyüdü də əlavə edib yaxşıca qarışdırın.
Hazırladığınız və dincəlməsi üçün soyuducuya qoyduğunuz kartofu götürüb əllərinizlə kasa formasını verin.
Bütün ərzaqları bu şəkildə etdikdən sonra hazırladığınız salatı içlərinə doldurun.
Şüyüdlə bəzəyib servis edin.


NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz