Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Qaymaqsız : Göbələk Şorbası Resepti

Bu Dəfə Qaymaqsız : Göbələk Şorbası Resepti

50
asan resept,asan yemək resept,sadə resept
640 calories, 6 grams fat
Bu Dəfə Qaymaqsız : Göbələk Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Göbələk şorbası ən ləzzətli, ətirli və xüsusi bir dada malik şorbalardan biridir. Göbələyi sevməyən şəxs belə bu şorbadan sonra dadına heyran qalacaq. Ən gözəl ziyafət süfrələrində yer alan göbələk şorbasını 30 dəqiqəyə hazırlayıb sevdiklərinizlə bölüşə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 135 qr şampinyon göbələyi
  • 200 qr toyuq filesi
  • 100 qr soğan
  • 100 qr yerkökü
  • 65 qr arpa yarması
  • 50 qr kərə yağı
  • 1,5 xörək qaşığı duz
  • 1 xörək qaşığı pul bibər
  • 200 qr əridilmiş pendir
  • 1 dəstə göyərti
  • 1,5-2 litr qaynar su

Hazırlanma qaydası:

Göbələkləri təmizləyib nazik doğrayın.
Soğanları yarım halqa şəklində doğrayın.
Yerkökünü sürtgəcin iri gözündən keçirin.
Toyuq filesini də orta ölçüdə doğrayın.
İlk öncə qazana bitki yağını töküb qızdırın. Doğranmış toyuq filesini yağda suyu çəkilə qədər bişirin. Üzərinə soğanı töküb yüngül qovurun. Daha sonra şampinyon göbələyini də əlavə edib qarışdırın və dərhal 50 qr kərə yağını əlavə edib qovurmağa davam edin. Yerkökünü, duz və pul bibərini də əlavə edib qarışıdırın. Üzərinə qaynar suyu da töküb qazanın qapağını örtün. Su qaynamağa başladıqda 65 qr yuyulub süzülmüş arpa yarmasını da əlavə edib zəif ocaqda qaynadın. Daha sonra əridilmiş pendiri də şorbaya əlavə edib qarışdırın. Üzərinə xırda doğranmış göyərti də səpib ,qazanın qapağını örtüb zəif ocaqda 5 dəqiqə qaynadın. Şorba hazırdır ,isti halda süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz