Azərbaycancaaz
Mir.az » Resept » Kakaolu , Çaylı Keks Resepti

Kakaolu , Çaylı Keks Resepti

268
asan resept,asan yemək resept,sadə resept
1240 calories, 12 grams fat
Kakaolu , Çaylı Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Günorta və axşam çay süfrələrinin bəzəyi , vazkeçilməzi çaylı keks … Dəmlənmiş çay əlavə edilərək hazırlanan, kakaolu və əridilmiş tünd şokoladlı keksi hazırlamağa nə deyirsiz ?.
İstəyirsinizsə, keks qarışığına xırda doğranmış qoz və ya fındıq ləpəsi əlavə edə , üzərini zövqə görə sevdiyiniz meyvələrlə bəzəyib hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 3 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan dəmlənmiş çay
  • 80 qram kərə yağı (otaq temperaturunda saxlanılır)
  • 3 xörək qaşığı kakao
  • 2,5 stəkan un
  • 1 paket qabartma tozu
  • 1 paket vanil

  • Keks qəlibini yağlamaq üçün:
  • 1 çay qaşığı kərə yağı
  • 1 xörək qaşığı kakao

  • Üzəri üçün:
  • 180 qram tünd şokolad
  • Zövqə görə meyvə

Hazırlanma qaydası:

Yumurtanı şəkər tozu ilə birlikdə mikserin köməyi ilə ağ görünüş alana qədər çalın.
Sonra qarışığa otaq temperaturunda saxladığınız çay və kərə yağı əlavə edib kərə yağı əriyənə qədər çalmağa davam edin.
Ardıcıl olaraq üzərinə ələnmiş kakao, un, qabartma tozu və vanili əlavə edib keks xəmiri alınana qədər qarışdırın.
Keks qəlibini otaq temperaturunda saxladığınız kərə yağı ilə yağladıqdan sonra hər tərəfə bərabər şəkildə kakao səpin.
Keks xəmirini qəlibə tökün və taxta qaşıqla və ya spatula ilə hamarlayın ki, bərabər qalxsın. Sonra keksi əvvəlcədən isidilmiş 170 dərəcə sobada təxminən 40 dəqiqə bişirin.
Bişdikdən sonra keksi sobadan çıxarın və otaq temperaturunda 5-10 dəqiqə gözləyib qəlibdən çıxması üçün süfrəyə ters çevirin.
Ərimiş qaynar şokoladı töküb istəyə görə çiyələkıə bəzəyin və dilimləyərək servis edin.

NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz