Azərbaycancaaz
Mir.az » Resept » Limonlu , gözəl ətri ,dadı olan ‘’Çat Kurabiyə’’ resepti

Limonlu , gözəl ətri ,dadı olan ‘’Çat Kurabiyə’’ resepti

896
asan resept,asan yemək resept,sadə resept
1215 calories, 12 grams fat
Limonlu , gözəl ətri ,dadı olan ‘’Çat Kurabiyə’’  resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Yumşaq, ağızda dağılan , limonun esrarəngiz qoxusu ilə sizə ləzzət verən bir dad- Çat kurabiyə

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

1 ədəd yumurta
4 xörək qaşığı şəkər tozu
Yarım stekan duru yağ
1 ədəd limon qabığı
Yarı limonun suyu
1 paket vanil
1 paket qabartma tozu
1,5 stekan un

Üzəri üçün :

1 stekan şəkər kirşanı ( pudra şəkər )

Hazırlanma qaydası:

Dərin bir qabda un istisna olmaqla, bütün ərzaqları bir-bir əlavə edib çəngəl ilə çalın. Sonra unu ələyərək əlavə edib yoğurmağa başlayın.
Xəmiriniz əllərinizə bir az yapışqan və yumşaq bir tutarlılığa malik olmalıdır. Xəmir hazır olduqdan sonra onu qoz böyüklüyündə toplar şəklində düzəldib hamısını şəkər kirşanı( pudra şəkəri ) ilə örtün.
Sobada 180 dərəcədə 15 dəqiqə bişirin. Rəngini itirməməlidir.
İstəsəniz sobadan götürdükdən sonra üzərinə şəkər kirşanı ( pudra şəkər ) səpə bilərsiniz.

NUŞ OLSUN?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz