Azərbaycancaaz
Mir.az » Resept » Kakaolu Çat Peçenye Resepti

Kakaolu Çat Peçenye Resepti

150
asan resept,asan yemək resept,sadə resept
308 calories, 30 grams fat
Kakaolu Çat Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Görünüşü ilə belə göz oxşayan peçenye resepti. Soyuducuda həmişə mövcud olan inqrediyentlərlə dərhal hazırlanır. İçərisinə kərə yağı yerinə duru yağ əlavə edilir və bu onu daha da yüngül bir peçenye edir.
Peçenyeni çayın, qəhvənin, uşaqlar südün yanında iyeyə bilər.Ona görə də inqrediyentlərinizi çıxarıb dərhal bu peçenyedən hazırlayın.


* Mütləq soyuducuda saxlamalısız.
Həmçinin sobanızın ventilyatorunda və bol şəkər tozuna batıraraq bişirin. Sobadan çıxaranda içi yumşaq, üstü çatlamalıdır.
Çatlamağa başlayandan sonra sobada çox saxlamayın, 2-3 dəqiqədən sonra sobadan çıxarın.

NEÇƏ NƏFƏR ÜÇÜN

30 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

8 dəqiqə

Tərkibi:

2 ədəd yumurta
1 stəkan şeker tozu
1 stəkan duru yağ
4 xörək qaşığı kakao
2 stəkan un
1 paket vanil
1 paket qabartma tozu
1 stəkan pudra şəkər ( üzəri üçün)

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu mikserlə şəkər tozu əriyib ağaranadək çalın.Üzərinə yağ əlavə edib çalma prosesinə davam edin.
Kakaonu, vanili, qabartma tozunu və unu ələyib qarışığa əlavə edib taxta qaşıqla qarışdırın.
Xəmir peçenye xəmirinə nisbətən axıcı olacaq və daha çox brownie xəmirinə bənzəyəcək.
Xəmir istədiyiniz hala gəldikdə streçə büküb ən azı 2 saat soyuducuda saxlayın.
Soyuducudan xəmiri çıxarıb qoz böyüklüyündə kündələr edib hər tərəfini pudra şəkərinə bulayıb soba qabına qoyun.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 8-10 dəqiqə nəzarətli şəkildə bişirin.
Sobadan çıxardıqdan sonra otaq temperaturunda 15-20 dəqiqə qaldıqdan sonra servis edə bilərsiz.

NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz