Türklərin məşhur “Kedi Dili“ peçenyesindən tort resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Türklərin məşhur “Kedi Dili “peçenyesindən hazırlanan tortu siz hələ dadmamısız ? O zaman sizdə hazırlayın.Dadından doya bilməyəcəksiz. Hər zaman çay süfrələrinizin arzulanan təamına çevriləcək.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
Krem üçün:500 ml süd
4 ədəd yumurta sarısı
150 qram şəkər tozu
80 qram kərə yağı
100 qram un
1 ədəd vanil
1 paket krem şanti
Digər Tərkibi
1.5 paket kedi dili peçenye
15-20 ədəd çiyələk
100 qram üyüdülmüş fındıq
Hazırlanma qaydası:
Krem üçün yumurtanın sarısı və şəkər tozunu ağaranadək mikserlə çalın. Sonra unu əlavə edib yenidən çalma prosesini davam edin.
Südün içinə vanil töküb ocağa qoyun.Süd qaynamağa başlayanda yumurta və şəkər tozu qarışığına bir çömçə tökün ki, qarışımların istiliyi bərabərləşsin. Sonra yumurtalı qarışığı ocağın üzərindəki süd və vanil qarışığına əlavə edib tez çalın. Krem halına gələnə qədər çalın və ocaqdan götürüb kərə yağı atıb qarıştırın.
Hazırladığınız krem soyuduqdan sonra üzərinə krem şanti əlavə edib yavaşca çalın.
18 sm-lik dairəvi tort qabının əvvəlcə kənarlarına sonra isə alt qata kedi dili peçenyesindən düzməyə başlayın.Üzərinə krem töküb yaydıqdan sonra çiyələk və fındıq əlavə edib yenidən peçenye düzün. Bu prosesi iki dəfə təkrar edin.
Üstünə zövqə görə ya kakao ya da çiyələk düzə bilərsiz.
NUŞ OLSUN ?

Şərhlər 1
Şərh Yaz