Azərbaycancaaz
Mir.az » Resept » “Ətli Kartof” yeməyi resepti

“Ətli Kartof” yeməyi resepti

127
asan resept,asan yemək resept,sadə resept
425 calories, 4 grams fat
“Ətli Kartof” yeməyi resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Hazırlanması və bişməsi asan başa gələn “ Ətli Kartof” yeməyi.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

400 qram dana əti
2 ədəd kartof
1 ədəd soğan
1 xörək qaşığı bibər tomatı
2,5 stəkan su
2,5 xörək qaşığı zeytun və ya kərə yağı
2 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Əti qazana qoyub orta odda rəngi dəyişib şirəsi çıxana qədər qovurun. Sonra üzərinə 2 stəkan qaynar su əlavə edib suyu çəkilənə qədər vam odda bişirin.Bişdikdən sonra zeytun yağı və incə doğranmış soğanı və sarımsağı əlavə edib qovurun. Qovurduqdan sonra uzərinə bibər tomatı töküb yeniden qovurma prosesini davam edin.
Qazana kub şəklində doğranmış kartofu,2 stəkan qaynar suyu ,duz və istiotu əlavə edib suyu çəkilənə qədər vam odda bişirin.
Kartofun bişdiyini yoxlayın və ocağı söndürün. İsti servis edin.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz