Azərbaycancaaz
Mir.az » Resept » Protein Mənbəyi: Sac Qovurma Resepti

Protein Mənbəyi: Sac Qovurma Resepti

217
asan resept,asan yemək resept,sadə resept
640 calories, 6 grams fat
Protein Mənbəyi: Sac Qovurma Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Hər kəs qovurmanı sevir, hələ birdə sacda bişdisə,dadından doymaq olmur.Hazırlanması çox asan olan sac qovurma resepti köpüklü ayranla yaxşı gedəcək. Və yanında plov hazırlamısınızsa, heç masadan qalxmaq istəməyəcəksiniz.Mir.az sac qovurma reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

500 qram mal əti (kub formada doğranmış)
3 ədəd orta ölçü soğan
3 ədəd orta ölçü pomidor
2 xörək qaşığı kərə yağı
1/3 stəkan maye yağ
1/2 stəkan isti su
1 çay qaşığı acı bibər tozu
1 çay qaşığı qara istiot
1 çay qaşığı duz

Hazırlanma qaydası:

Qovurma Reseptinin İpucu
Ədviyyatları istədiyiniz kimi artırıb azalda bilər, müxtəlif ədviyyatlar da əlavə edə bilərsiniz. Əti düdüklü qazanda bişirsəniz, çox yumşaq olacaq.


Qovurma Resepti üçün Bişirmə Tövsiyəsi
Qovurma zamanı əlavə edilən ədviyyat öz ləzzətini buraxdığı üçün yeməklər daha dadlı olur.


Əvvəlcə əti yüksək istilikdə 30 dəqiqə qaynadın.
Sacı ocağa qoyub kərə yağı və maye yağ əlavə edib qızdırın. Üzərinə xırda doğranmış soğan və bibəri əlavə edib qızardın.Ardı ilə əti əlavə edib yaxşıca qarışdırın.
Duzdan başqa digər ədviyyatları əlavə edin.
Ən son pomidorları əlavə edin və pomidorların suyunu buraxmasına icazə verin.
1 çay stəkan qaynar su əlavə edin və ağzını örtün.
15 dəqiqə aşağı istilikdə bişirin.
Ocaqdan götürməzdən əvvəl duz əlavə edib qarışdırın. Sac hazırdır. İsti halda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz