Türklərin məşhur “Siqara Börəyi” resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən börək resepti.
Hazır yağlı xəmirdən tez və asan hazırlanan, günün istənilən saatı yeyə biləcəyiniz ,dadlı , ləzzətli “ Siqaret Börəyi “

NEÇƏ NƏFƏR ÜÇÜN
24 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
8 dəqiqəTərkibi:
2 ədəd yağlı xəmirİçi üçün:
200-250 qram kəsmik və ya pendir
Yarım dəstə cəfəri
1 çay qaşığı duz
Qızartmaq üçün:
1 stəkan duru yağ
Hazırlanma qaydası:
İçliyi hazırlamaq üçün doğranmış cəfəri,kəsmik və duzu çəngəllə əzərək qarışdırın.
Yağlı xəmiri masanın üstünə qoyub hər birini 4 bərabər hissəyə bölün. Sonra xəmiri yenidən 4 bərabər hissəyə üçbucaq formasında kəsin(2 ədəd xəmirdən cəmi 24 üçbucaq dilim xəmir əldə etmiş olacaqsınız).
Üçbucaqlı xəmir parçalarından birini götürün. Geniş hissəsinə bir çay qaşığı içliyi yayaraq qoyun. Sağ və sol kənarlardan 1-2 sm içəriyə qatlayın.
Xəmiri rulon şəklində bükün.Boş qalmamasına diqqət edin, ancaq ucunu bir az açıq qoyub suya batırıb bükün ki,yağda bişirərkən açılmasın. Qalan bütün kəsilmiş xəmirlər üçün bükmə prosesini təkrarlayın.
Duru yağı tavada yaxşıca qızdırın.Qızdığdan sonra börəkləri tavaya yerləşdirin.Ümumilikdə hər iki tərəf 6-7 dəqiqə ərzindı qızaracaq.
Qızardılmış börəkləri çıxarıb artıq yağının getməsini istəyirsinizsə, kağız dəsmalın üzərinə qoyun. İsti halda servis edin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz