Azərbaycancaaz
Mir.az » Resept » Portağal və Südllə Asan Hazırlanan Mannı keksi resepti

Portağal və Südllə Asan Hazırlanan Mannı keksi resepti

72
asan resept,asan yemək resept,sadə resept
820 calories, 8 grams fat
Portağal və Südllə Asan Hazırlanan Mannı keksi resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Görünüşü ilə göz oxşayan,dadı damaxlarda qalacaq ‘’Portağallı Südlü Mannı ‘’keksi

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 3 xörək qaşığı qarğıdalı nişastası
  • 1/2 stəkan şəkər tozu
  • 2 stəkan təzə sıxılmış portağal suyu

  • Mannı qatı üçün:
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan mannı
  • 5 stəkan süd
  • 1 paket vanil

Hazırlanma qaydası:

Portağal suyu,nişasta və şəkər tozunu qazana töküb çəngəl ilə yaxşıca qarışdırıb ocağın üstünə qoyub qatılaşana qədər bişirin.Bişdikdən sonra soyuması üçün kənara qoyun.
Ayrı bir qazanda süd, mannı, şəkər tozu və vanili qarışdırıb ocağın üstündə qatılaşana qədər bişirib,ocağı söndürürük.Bir az isidilmiş şüşə qabın içinə töküb üstünü hamarlayın.Üzərinə portağal sousunu tökün və soyuduqdan sonra xırda doğranmış portağal dilimləri və nanə ilə bəzəyin.
Soyuducuda kifayət qədər soyuduqdan sonra dilimlənərək servis edin.

NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz