Azərbaycancaaz
Mir.az » Resept » Şərbəti Heç Bişmir: 3 Dəqiqəyə Hazır Olan Süd Şərbətli Keks Resepti

Şərbəti Heç Bişmir: 3 Dəqiqəyə Hazır Olan Süd Şərbətli Keks Resepti

1 019
asan resept,asan yemək resept,sadə resept
925 calories, 9 grams fat
Şərbəti Heç Bişmir: 3 Dəqiqəyə Hazır Olan Süd Şərbətli Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Mir.az dadlı, asan və süd şərbətli keks reseptini təqdim edir.Yeyən hər kəs dadını, ləzzətini çox sevəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

9 nəfərlik

HAZIRLIQ VAXTI

3 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 3 ədəd yumurta
  • 3 xörək qaşığı şəkər tozu
  • 3 xörək qaşığı süd
  • 3 xörək qaşığı maye yağ
  • 3 xörək qaşığı mannı
  • 3 xörək qaşığı un
  • 1 paket qabartma tozu
  • 1 paket vanil

  • Şərbət üçün:
  • 1.5 stəkan süd (Otaq temperaturunda)
  • 1 stəkan şəkər tozu

  • Üzəri üçün:
  • 1/2 stəkan kokos

Hazırlanma qaydası:

Yumurtanı şəkər tozu ilə çalın.Üzərinə süd, yağ, mannı ,un, qabartma tozu və vanili əlavə edib bütün inqrediyentlər qarışana qədər çalmağa davam edin.
Xəmiri azca yağladığınız kiçik kvadrat şüşə qaba ( borcama ) töküb əvvəlcədən isidilmiş 175 dərəcə sobada təxminən 25 dəqiqə üzəri qızılı rəng alana qədər bişirin.
Keks bişərkən şərbət üçün lazım olan südü ( mütləq otaq temperaturunda olmalıdır ki, şəkər tozu ərisin) bir qaba töküb içinə lazım olan şəkəri əlavə edin və şəkər həll olunana qədər qarışdırın.
Keks sobadan çıxandan 5 dəqiqə sonra hazırladığınız süd şərbətini üstünə tökün və keks şərbəti tamamilə canına çəkənə qədər otaq temperaturunda saxlayın.( Şərbət çox görünsə də narahat olmayın. Keks canına çəkəcək ).
Keks şərbəti tam çəkdikdən sonra soyuducuya qoyub minimum 2 saat gözlədikdən sonra üstünü kokos ilə bəzəyib süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz