Azərbaycancaaz
Mir.az » Resept » “Yeni il Ağacı” (yolka) formasında peçenye resepti

“Yeni il Ağacı” (yolka) formasında peçenye resepti

643
asan resept,asan yemək resept,sadə resept
17 calories, 1 grams fat
“Yeni il Ağacı” (yolka) formasında peçenye resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Qarşıdan yeni il gəlir. Məncə, hər kəs, ən çox da balacalar bu peçenyeni çox sevəcək. “Yeni İl Ağacı“ peçenyesi hazırlamağa hazırsız?

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

7 dəqiqə

Tərkibi:

  • 2,5 stəkan un
  • 1/2 stəkan şəkər tozu
  • 1 xörək qaşığı bal
  • 125 qram kərə yağı
  • 1 paket qabartma tozu
  • 1 çay qaşığı darçın
  • 1 çay qaşığı toz zəncəfil
  • 1 xörək qaşığı tort bəzəyi
  • (rənglərdə şam ağacını bəzəyəcəksiniz)

    Yaşıl rəng krem üçün:
  • 1 paket krem şanti
  • 150 qram qaymaq
  • 1 stəkan süd
  • 1 paket vanil
  • Yaşıl rəng qida boyası

Hazırlanma qaydası:

Kremi hazırlamaq üçün əvvəlcə krem şantiyə süd əlavə edib mikser vasitəsi ilə çalın.Sonra üzərinə qaymaq,vanil və qida boyasını da əlavə edib zəif xodda çalma prosesinə davam edin. Krem halına gəldikdən sonra çalma prosesini dayandırın.

Unu geniş bir qaba töküb üzərinə kərə yağı əlavə edib yaxşıca qarışdırın.Digər inqrediyentləri də əlavə edib yoğurun.
Hazır olan xəmiri streçə büküb soyuducuda 30 dəqiqə saxlayın.
Sobanı 160 dərəcəyə qoyun.
Xəmiri soyuducudan çıxarıb yayın. Ulduz formalı peçenye qəlibi ilə səliqəli şəkildə kəsib soba qabına qoyun.
Sobada 7-8 dəqiqə çox rəngsiz bişirin. Şam ağacı formasını vermədən əvvəl tamamilə soyumağa icazə verin.
Soyudulmuş peçenyenizin ən böyüyünü götürün və uclarını istədiyiniz kimi kremləyin. Bu prosesi peçenye təbəqələri bitənə qədər davam edin. Ən son rəngli tort bəzəkləri ilə bəzəyin.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz