Azərbaycancaaz
Mir.az » Resept » Yolka Oyuncağı Keksi Resepti

Yolka Oyuncağı Keksi Resepti

531
asan resept,asan yemək resept,sadə resept
1040 calories, 10 grams fat
Yolka Oyuncağı Keksi Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Bayram süfrənizi bəzəyəcək və uşaqlarınızı sevindirəcək qeyri-adi keks. Mir.az yolka oyuncağı keksinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

3 ədəd yumurta
250 qr şəkər tozu
125 qr kərə yağı
100 ml süd
2 çay qaşığı qabartma tozu
1 paket vanil
250 qr un

Krem üçün :
200 ml qaymaq
200 ml qatılaşdırılmış süd
1 paket krem şanti
Vanil

Üzəri üçün:
çəhrayı rəngli, ağ rəngli, boz rəngli mastika (şirin xəmir)

Hazırlanma qaydası:

Keksi hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə çırpın. Üzərinə kərə yağı və süd əlavə edib çırpmağa davam edin. Ələnmiş un, vanil və qabartma tozunu də əlavə edib qarışdırın. Hazır keks xəmirini 2 hissəyə bölüb yağlanmış yumru qaba töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Bişən keksləri qəlibdən çıxarıb soyuması üçün kənara qoyun.
Krem üçün krem şantini və qatılaşdırılmış südü mikserlə çalın. Krem halını alanda üzərinə qaymaq və vanil əlavə edib yenidən çalma prosesini davam etdirin. 5 dəqiqə sonra krem hazırdır.
Soyuyan keksin bir yarım hissəsinin arasına krem yaxıb ikinci yarım hissəsinin üzərinə çevirin. Yumru top şəkli alan keksi hər tərəfli kremləyin. Mastikaya (şirin xəmirə) şirniyyat üçün istifadə edilən çəhrayı rəng qataraq yaxşıca yoğurun. Mastikanı yağlı kağız üzərində oxlovla yayıb, yumru keksin üstünü örtüb artıq hissəsini kəsib götürün (alt hissəsinin boşqaba oturması üçün bir az kəsərək düzləşdirə bilərsiniz). Ağ rəngli mastikadan qar dənəciyi dekorasiyası kəsərək çəhrayı mastikanın üzərinə su vuraraq yapışdırın. Oyuncağın asacağı şəkli üçün boz rəngli mastikadan kəsib forma verin.



NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz