Sobada “ Holland Pendirli Kartof Pürəsi “ resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Hər kəs kartof pürəsi edər,amma bu kartof pürəsi tam fərqli hazırlanmaya və dada malikdir. Sizdə elə indi “Holland Pendirli Kartof Pürəsi “ hazırlayın. Dadına doya bilməyəcəksiz.
Hər kəs kartof pürəsi edər,amma bu kartof pürəsi tam fərqli hazırlanmaya və dada malikdir. Sizdə elə indi “Holland Pendirli Kartof Pürəsi “ hazırlayın. Dadına doya bilməyəcəksiz.
NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
6 ədəd kartof4 xörək qaşığı kərə yağı
3/4 stəkan isti süd
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
( Zövqə görə istədiyiniz ədviyyat və göyərti qurusu əlavə edə bilərsiz )
Üzəri üçün:
200 qram rəndələnmiş holland pendiri
Hazırlanma qaydası:
Kartofu soyub, duz əlavə edib ocağa bişməyə qoyun.Bişdikdən sonra suyunu süzüb isti halda üzərinə kərə yağı əlavə edib əzin.Yenidən az-az ilıq südü də əlavə edib əzməyə davam edin.Yumşaq, hamar bir tutarlılığa sahib olana qədər bu prosesi davam etdirin.
Sonra duz və ədviyyat əlavə edib yaxşıca qarışdırın.
Yağlanmış soba qabına və ya şüşə qaba qoyub üstünə holland pendiri səpin.
Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada qızılı rəng alana qədər bişirin.
Sonra çıxarıb otaq temperaturunda bir müddət dincəldikdən sonra dilimləyib süfrəyə verin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz