Azərbaycancaaz
Mir.az » Resept » Hər Yeməyin Yanına Yaraşar : Sobada Südlü Kartof Resepti

Hər Yeməyin Yanına Yaraşar : Sobada Südlü Kartof Resepti

400
asan resept,asan yemək resept,sadə resept
435 calories, 4 grams fat
Hər Yeməyin Yanına Yaraşar : Sobada Südlü Kartof Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Həmişə plov və salat hazırlamaqdan yorulanlar və şam yeməyinə fərqli və doyumlu yemək istəyənlər! Biz də sizi gözləyirdik. Çünki Mir.az’ın paylaşmaq istədiyi gözəl resepti var.Yüngülliyi ilə sizi sevindirəcək və kartofun yumşaq ,ləzzətli dadını hiss etdirəcək südlü bişmiş kartof reseptini təqdim edirik!

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

3 ədəd böyük ölçü kartof
1.5 stəkan süd
3/4 stəkan zeytun
1 çay qaşığı kəklikotu
1 ədəd ətotu ( mərzə )
4 diş sarımsaq
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 xörək qaşığı kərə yağı

Hazırlanma qaydası:

Südlü Kartof Reseptinin İpucu
Əgər kartofu çox incə doğrasanız, onlar xırtıldayan olacaq və çox tez bişib yana bilər. Buna görə də, onu orta qalınlıqda kəsməyə diqqət edin.

Südlü Kartof Resepti Pişirmə İpucu
İstəsəniz, sobadan götürməzdən 5 dəqiqə əvvəl üzərinə holland pendiri əlavə edə bilərsiniz.

Kartofu soyub orta qalınlıqda dilimləyin və üzərinə zeytun yağı, duz, istiot, sürtgəcdən keçilmiş sarımsaq və ədviyyat əlavə edərək yaxşıca qarışdırın.
Soba qabını kərə yağı ilə yağlayın və kartofları bir-birinin üstünə üfüqi şəkildə düzüb əvvəlcədən 180 dərəcə isidilmiş sobada 10 dəqiqə bişirin.Sonra çıxarıb üzərinə süd tökün və yenidən bişməyə buraxın.
Südü əlavə etdikdən sonra təxminən 30-35 dəqiqə üzəri qızılı rəng alana qədər bişirin.
Bişdikdən sonra dilimləyib servis edin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz