Azərbaycancaaz
Mir.az » Resept » Yumşaqmı Yumşaq : Sobada Souslu Toyuq Resepti

Yumşaqmı Yumşaq : Sobada Souslu Toyuq Resepti

495
asan resept,asan yemək resept,sadə resept
435 calories, 4 grams fat
Yumşaqmı Yumşaq : Sobada Souslu Toyuq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Əgər yeməkdən ən böyük gözləntiniz onun çox dadlı olmasıdırsa, bizi dinləyin! Əvvəlcə ləzzətli aromalarla birləşən bir kartof hazırlayın.Bu kartof bol tomat pastası, qara bibər və öz suyu ilə bişmiş toyuqla birləşir. Bu iki ləzzətin birləşməsi həm damağa, həm də gözə ziyafətdir!
Buyurub hazırlayın və dadına əmin olun.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

  • 4 ədəd toyuq budu
  • 2 xörək qaşığı tomat pastası
  • 3 diş sarımsaq
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı üyüdülmüş qırmızı bibər tozu
  • 6 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz
  • 1/2 stəkan isti su

  • Kartof üçün:
  • 20 ədəd balaca kartof
  • 3-4 xörək qaşığı zeytun yağı
  • 2 xörək qaşığı kərə yağı
  • 4 ədəd sarımsaq
  • 1 çay qaşığı sürtgəcdən keçilmiş limon qabığı
  • 1 çay qaşığı qara bibər toxumları
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

Kartofun qabığını yaxşıca təmizləyin. Sonra qazana 2,5 stəkan qaynadılmış su əlavə edib bir az yumşalana qədər bişirin.
Bişdikdən sonra suyunu süzüb soyumağa buraxın.
Soba qabına sarımsaq, zeytun yağı, kərə yağı, duz, limon qabığı və qara bibər toxumları əlavə edib yaxşıca qarışdırın. 170 dərəcəyə qədər qızdırılan sobaya qoyub yüngül rəng alana qədər( qızarana qədər) 10-15 dəqiqə bişirin.
Toyuq üçün bütün inqrediyentləri bir qabda qarışdırın.Sonra toyuq ətini də əlavə edib qarışdırmağa davam edin.
Soba qabına qoyub 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə ərzində qabın üzərini örtüb bişirin
(qapaq və ya folqa varsa qabın üstünü örtə bilərsiniz).
Sobadan çıxarmazdan əvvəl qapağını açın ki üzəri də qızarsın.
Toyuqlarınızı sobadan çıxarıb kartofla süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz