Azərbaycancaaz
Mir.az » Resept » Soba Yeməklərinin Ən Seviləni : Beşəməl Souslu Kotlet Resepti

Soba Yeməklərinin Ən Seviləni : Beşəməl Souslu Kotlet Resepti

57
asan resept,asan yemək resept,sadə resept
530 calories, 5 grams fat
Soba Yeməklərinin Ən Seviləni : Beşəməl Souslu Kotlet Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bu gün nə bişirəcəyəm? dərdinizə son! Ən çox sevilən soba yeməklərindən biri üçün reseptimiz mir.az saytında: Beşəməl souslu kotlet.
Əvvəlcə qiyməni hazırlayıb,onlara kotlet forması verib sobada bişirin.
Sonra dadlı beşəməl sous hazırlayın.Sobada əvvəlcədən bişirdiyiniz kotletləri beşəməl sousu ilə bir araya gətirin. Sobadan çıxanda nar kimi qızardılmış görüntü sizi gözləyir.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 500 qram qiymə (mal əti)
  • 1 ədəd soğan
  • 1/2 dəstə cəfəri
  • 2 dilim çörəyin qırıntıları
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı kimyon (istəyə görə)

  • Beşəməl sousu üçün:
  • 3 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı un
  • 2,5 stəkan süd
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı qara istiot
  • 1/2 stəkan holland pendiri

  • Üzəri üçün:
  • 1 stəkan holland pendiri

Hazırlanma qaydası:

Soğanları və cəfərini incə doğrayın.
Kotletləri hazırlamaq üçün 500 qram qiymə,2 dilim çörək qırıntıları, duz, istiot, kimyon,soğan və cəfərini əlavə edib yoğurun.
Kotletləri qoymaq üçün soba qabını yağlayın. Qiymədən qoz böyüklüyündə götürüb yumru kotletlər düzəldib soba qabına düzün.
Soba qabı tam dolduqdan sonra əvvəlcədən isidilmiş 180 dərəcə sobada 15 dəqiqə bişirin.
Kotletlər sobada bişərkən, beşəməl sous üçün tavaya kərə yağı qoyub əridin.Ərinmiş yağa un əlavə edin.Unun qoxusu çıxana qədər 5 dəqiqə qovurun.Un qovrulduqdan sonra südü az-az əlavə edib çırpıcı ilə qarışdırın.Sous qalınlaşana qədər daim qarışdıraraq,təxminən 10 dəqiqə bişirin. Sonda holland pendiri, duz, istiot əlavə edib soyuması üçün kənara qoyun.
Sobada əvvəlcədən bişirdiyiniz kotletlərin üzərinə qaşıq köməyi ilə bərabər miqdarda beşəməl sousu yayın.Sonda üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpib sobada 180 dərəcədə təxminən 15 dəqiqə üzəri qızılı rəng alana qədər bişirin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz