Azərbaycancaaz
Mir.az » Resept » Türkiyə Mətbəxindən Kuru Fasulye Resepti

Türkiyə Mətbəxindən Kuru Fasulye Resepti

486
asan resept,asan yemək resept,sadə resept
650 calories, 6 grams fat
Türkiyə Mətbəxindən Kuru Fasulye  Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Türkiyə mətbəxində sulu , qazan yeməklərinin şahı olan Kuru Fasulyenin dadına söz ola bilməz. Birdə bu yeməyə ət və ət suyunun atıldığını düşünün. Yaxşı bişmiş ətlər quru lobyalarla birləşdiyində ortaya möhtəşəm , ləzzətli bir yemək çıxır. İndi sizdə mətbəxə keçib sınaya bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

50 dəqiqə

Tərkibi:

  • 2 stəkan quru lobya
  • 2 ədəd orta ölçü soğan
  • 300 qram mal əti
  • 2 xörək qaşığı duru yağ
  • 1 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı bibər pastası (və ya tomat pastası)
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı kimyon
  • 1 çay qaşıgı qara bibər

Hazırlanma qaydası:

  • Bir gecə əvvəldən lobyaların üzərinə kifayət qədər su əlavə edib səhərə qədər gözləyin.
  • Səhərisi lobyaların suyunu süzüb yaxşıca yuyun. Qazana töküb üzərini örtəcək qədər su əlavə edib qaynatmağa başlayın, lobya qaynayanda suyunu boşaldın.
  • Ayrı bir qazanda kub-kub doğradığınız əti qaynatmağa başlayın.Bişdiyi zaman əti çıxarıb , suyunu saxlayın.
  • Kərə yağı və zeytun yağını tavada qızdırdıqdan sonra doğranmış soğanları əlavə edin.
  • Soğanlar qovrulduqdan sonra üzərinə qaynadılmış əti əlavə edib azca qovurun.
  • Soğan və ətin üzərinə tomat pastasını əlavə edib qoxusu gələnə qədər qovurun. Sonra lobyanı əlavə edib qarışdırın.
  • Bütün inqrediyentlərə duz və isti su və ya et suyunu əlavə etdikdən sonra bişirməyə başlayın.
  • Lobya və ət əvvəlcədən qaynadılıb bişdiyi üçün yeməyiniz ən geci 15 dəqiqəyə hazır olacaq.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz