Azərbaycancaaz
Mir.az » Resept » Fərqli Dadda, Fərqli Ləzzətdə Lobya Qızartması Resepti

Fərqli Dadda, Fərqli Ləzzətdə Lobya Qızartması Resepti

66
asan resept,asan yemək resept,sadə resept
425 calories, 4 grams fat
Fərqli Dadda, Fərqli Ləzzətdə Lobya Qızartması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Həm ləzzətli , həm sağlıqlı bir tərəvəz yeməyinə nə deyirsiz ? Lobyanı boşqab -boşqab yeyəcəyiniz, doyurucu və asan bir yemək yeməyə hazır olun. Edəcəyiniz tək şey lobyanı yumaq, qaynatmaq və qovurmaq. İstəsəniz içərisinə arzu etdiyiniz tərəvəz və ədviyyat ata bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 750 qramlobya
  • 2 ədəd soğan
  • 2 ədəd yaşıl bibər
  • 1 çimdik duz
  • 1 çimdik qara istiot
  • 2 yemək qaşığı duru yağ
  • 2 ədəd yumurta

Hazırlanma qaydası:

Lobyanı yuyub bir neçə hissəyə bölün.
Bir qazanda suyu qaynadıb lobyanı əlavə edin.Bir az yumşaq olana qədər bişirin.
Bişmiş lobyaları süzgəcə töküb suyunun süzülməsini gözləyin.
Soğanı doğrayıb qovurmağa başlayın. Soğan rəngini itirdikdə lobyanı əlavə edin. Bu mərhələdə diqqət etməli olduğunuz hissə, lobyanı əlavə etməzdən əvvəl artıq suyunu sıxın. Bunu etməsəniz, yeməyiniz sulu ola bilər.
Lobyanı yumşaq və yaxşı bişənə qədər qızardın. Bu mərhələdə duz və istiot töküb servis edə bilərsiniz.
Yumurta yemək istəyənlər üçün bir tərəfə 2 yumurta çalın. Qovrulmuş lobyaların ortasına dairə düzəldib içinə tökün və bir qədər gözləyin, sonra kənarlarından lobyaları götürüb birləşdirin. Yumurtalar bişəndə yeməyiniz ​​hazırdır.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz