Azərbaycancaaz
Mir.az » Resept » İçindəki Plovla Bir Şah Əsər: Yeni İl Toyuğu Resepti

İçindəki Plovla Bir Şah Əsər: Yeni İl Toyuğu Resepti

917
asan resept,asan yemək resept,sadə resept
655 calories, 6 grams fat
İçindəki Plovla Bir Şah Əsər: Yeni İl Toyuğu Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Yeni ilə ümidlərimizi, xoş arzularımızı dilə gətirərək daxil olmaq, sağlam, dinc, xoşbəxt həyat arzulamaq bizim ən böyük xoşbəxtliyimizdir. Hər kəsə xoş bir il arzulayırıq.
Yeni ili qarşılayarkən və sona qədər gözəl olacağına inandığımız son ili yola salarkən sevdiklərinizlə ləzzətlərlə dolu bir süfrə arxasında olmaq istərdinizmi? O zaman sizin üçün dadlı reseptimiz var! Siz və qonaqlarınız çox doyurucu və inqrediyentlərlə zəngin olan Milad toyuqunu sevəcəksiniz. Mütləq hazırlayın. Milad toyuqları süfrələrinizə dad qatmağa gəlir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

55 dəqiqə

Tərkibi:

  • 4 xörək qaşığı kərə yağı
  • 3 xörək qaşığı zeytun yağı
  • 2 ədəd soğan (doğranmış)
  • 2 xörək qaşığ fıstıq
  • 1stəkan badam
  • 2 stəkan yumru düyü
  • 2 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot
  • 1 xörək qaşığı quru nanə
  • 1 çay qaşığı hil
  • 1.5 çay qaşığı darçın
  • 10 qurudulmuş pomidor
  • 2 xörək qaşığı qarağat (suda isladılmış)
  • 15 ədəd şabalıd (bişirilmiş, soyulmuş)
  • 3,5 stəkan isti su

  • Toyuq sousu üçün:
  • 4 xörək qaşığı süzülmüş qatıq
  • 1 çay qaşığı qırmızı toz bibər
  • 1/2 stəkan portağal şirəsi
  • 2 diş sarımsaq
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı tomat pastası
  • 1 ədəd portağal qabığı
  • 1 ədəd bütün toyuq
  • 10 ədəd kartof (qaynadılmış)
  • 3 ədəd kök
  • 2 ədəd qirmizi kök
  • 1/2 dəstə brokoli (buxarlanmış)
  • 5 xörək qaşığı zeytun yağı
  • 4 dilim naringi

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün kərə yağı və zeytun yağını tavada qızdırın.İncə doğranmış soğanları əlavə edib çəhrayı rəng alana qədər qovurun. Üzərinə fıstığı və çiy badam əlavə edib qəhvəyi olana qədər qovurun.
Yuyulmuş düyünü dəməlavə edib şəffaf olana qədər qızardın.
Sonra duz, istiot, nanə, ətirli ədviyyat, darçın və qurudulmuş pomidoru əlavə edib yaxşıca qarışdırın.
Sonda qarağat və şabalıdı əlavə edib su ilə birlikdə plovu əvvəlcə yüksək odda qaynayana qədər, sonra isə vam odda suyu çəkilənə qədər bişirin.
Toyuq üçün sousu hazırlamaq üçün bir qabda qırmızı bibər tozu, portağal suyu, sarımsaq, duz və tomat pastasını qarışdırın.
Portağal qabığını sousa əlavə edin və masaj hərəkətləri ilə toyuğa yedirin ki, bütün toyuğun hissələrinə çatsın.
Toyuq əti soyuducuda 2 saat marinad etdikdən sonra soba qabına qoyun. Düyünün bir hissəsini toyuğa doldurun.
Ətrafına qaynadılmış kartof, kök, brokoli, naringi dilimləri qouduqdan sonra zeytun yağı və bir az portağal suyu əlavə edərək əvvəlcədən isidilmiş 185 dərəcə sobada təxminən 1 saat 20 dəqiqə bişirin.
Diqqətlə hazırladığınız süfrələrdə qalan doldurulmuş düyü ilə ləzzət alın.



NUŞ OLSUN ?



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz