Görünüşü ilə İştah Açan Yeni İl Peçenyeləri Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Günlərlə saxlandığında xarab olmayan , çayın və qəhvənin ayrılmaz dostudur. Hər evdə olan inqrediyentlərlə hazırlanması olduqca asandır. Ağızda dağılan peçenye deyil , onun əksi olaraq daha xırtılıdır. İnqrediyentləri hazırladızsa , mətbəxə keçə bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN
35 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
2 ədəd yumurta1 stəkan şəkər tozu
150 ml yağ
1 paket qabartma tozu
1 paket vanil
4 stəkan un
2 xörək qaşığı kakao
Hazırlanma qaydası:
Yumurtaları şəkər tozu ilə çalın.Üzərinə duru yağı əlavə edib yenidən çalma prosesinə davam edin.
Qabartma tozu və vanili unla qarışdırın. Unu az-az əlavə edib ələ yapışmayan yumşaq xəmir əldə edin.
Xəmiri ikiyə bölüb bir hissəyə kakao əlavə edin.
Yarım santimetr qalınlığında açıb xəmirdən ulduz və qar dənəciyi qəlibləri ilə formalar düzəldin.
Sadə ulduz formasının üzərinə kakao qar dənəciyini qoyub əlinizlə yüngülcə sıxın.
Əvvəlcədən isidilmiş sobada 180 dərəcə qızılı rəng alana qədər bişirin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz