Yeni İl Peçenyeləri Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Ən çox uşaqlarınızın sevəcəyi,yeni il ab -havasına uyğun bişirilmiş peçenyelərlə süfrələrinizi bəzəyin. Yeni ildən sonra ancaq sizdən , süfrənizdən danışacaqlar.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
125 qram kərə yağı (bərk)125 qram pudra şəkəri
1 kiçik yumurta
200 qram un
50 qr incə çəkilmiş fındıq və ya badam unu
1 portağal qabığı rəndəsi
Yarım çay qaşığı vanil
1 çay qaşığı qabartma tozu
-Bəzəmək üçün müxtəlif rənglərdə şəkər xəmiri istifadə edə bilərsiz.
Hazırlanma qaydası:
Kərə yağını doğrayıb, mətbəx robotunun içinə atıb üzərinə pudra şəkərini, unu və badam ununu tökün. Portağal qabığı rəndəsi, vanil və qabartma tozunu da əlavə edin. Robotu bir neçə dəqiqə işlədib vəsaitin qarışmasını təmin edin. Qum halına gəlmiş vəsaitə bir yumurtanı yüngülcə çırpıb əlavə edin. Təkrar robotu işlədin. Xəmir toplanmağa başlayacaq. Əgər hələ dağınıq dayanırsa qaba bir neçə qaşıq su və ya portağal suyu əlavə edə bilərsiniz.
Toplanan xəmiri soyuducuya qoyub 30 dəqiqə istirahət etdirin. Dinləmiş xəmiri mətbəx dəzgahında oxlov ilə yüngülcə unlayaraq yarım santimetr qalınlığında açın. Dilədiyiniz peçenye qəlibləri ilə kəsin. Yağlı kağız sərilmiş soba qabına qoyun. Bütün xəmiri bu şəkildə etdikdən sonra 175 dərəcəyə isidilmiş sobada 10-15 dəqiqə üzəri qızarmadan bişirin.
Peçenyeləri sobadan alıb, soyumağa buraxın. Şəkər xəmirlərini nişasta köməyiylə oxlovdan istifadə edərək incə açın. Oxşar peçenye qəlibləri ilə kəsərək şəkilləndirin. Peçenyelərinizin üzərinə kiçik bir fırça köməyiylə çox islatmadan su çəkin və şəkər xəmiri üzərinə yapışdırın. Peçenyenizin üzərini şəkər xəmiriylə örtdükdən sonra xəyal gücünüzə bağlı olaraq bəzəməyə davam edin.

Şərhlər 0
Şərh Yaz