Azərbaycancaaz
Mir.az » Resept » Həm Sadə, Həm Kakaolu: Zebra Keksi Resepti

Həm Sadə, Həm Kakaolu: Zebra Keksi Resepti

168
asan resept,asan yemək resept,sadə resept
840 calories, 8 grams fat
Həm Sadə, Həm Kakaolu: Zebra Keksi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Çətin görünsə də, zebra keksi hazırlamaq əslində ən asan reseptlərdən biridir. Həm kakaolu ,həm sadə-iki rəngli, dadlı keks reseptidir.
Əvvəlcə keks xəmiri hazırlanır və ikiyə bölünür.Bir hissəsini kakao ilə qarışdırıb qaba tökməyə başlanılır.
Keks qabına səbir və təmkinlə tökülən iki rəngli keks xəmirinin görüntüsünə heyran qalacaqsız.Sobada bişdikdən sonra keksiniz çayla ləzzətlə yeyilməyə hazırdır.
*Keks qabını kərə yağı əvəzinə duru yağ ilə yağladığınızdan əmin olun ki, az-az əlavə etdiyiniz kakao və sadə keks xəmiri asanlıqla yayılsın.
*Diş çubuğunun köməyi ilə iki rəngli keksin üzərində müxtəlif naxışlar yarada bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

4 ədəd yumurta
1 stəkan şəkər tozu
1.5 stəkan süd
1 stəkan duru yağ
2,5 stəkan un
1 paket qabartma tozu
2 xörək qaşığı kakao
1 paket vanil

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu mikserlə ağaranadək çalın.Süd və yağ əlavə edib çalmağa davam edin. Un, qabartma tozu və vanili ələyərək əlavə edin və xəmiri yavaş-yavaş taxta qaşıqla qarışdırın.
Xəmiri iki bərabər hissəyə bölün və bir hissəsinə kakao əlavə edin.
Keks qabını yağlayın. Qabın ortasına bir qaşıq sadə bir qaşıq kakaolu xəmir tökün.
Bütün məhlul bitənə qədər bu şəkildə davam edin. Xəmir bitdikdən sonra əvvəlcədən isidilmiş 180 dərəcə sobada bişirin. Soyuduqdan sonra dilimləyib servis edin.


NUŞ OLSUN?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz