Azərbaycancaaz
Mir.az » Resept » Çox Asan Hazırlanan Börek Resepti

Çox Asan Hazırlanan Börek Resepti

474
asan resept,asan yemək resept,sadə resept
5-630 calories, 5-6 grams fat
Çox Asan Hazırlanan Börek Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən börək resepti.
Hazırlaması asan olan bu börək həm soyuq həm də isti halda çox dadlı olur. Yeyərkən diqqətli olun, barmaqlarınızı da yeyə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

5-6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

Stəkan ölçüsü 200 ml.
  • 2 ədəd yumurta
  • 1 st. duru yağ
  • 1 st. qatıq
  • duz

    İçlik üçün
  • 4 dəstə ispanaq
  • 300 qr. ağ inək pendiri və ya kəsmik
  • 4 yemək qaşığı duru yağ
  • 1 ədəd soğan
  • duz, qara istiot, qırmızı istiot
  • 4 ədəd iri lavaş

Hazırlanma qaydası:

Sous üçün.
Boş və dərin bir qaqa iki ədəd yumurta, bir stəkan duru yağ, bir stəkan qatıq və bir dolu çay qaşığı duz əlavə edib qarışdırırıq.

İçlik üçün
4 dəstə spanağı yaxşısa yuyub qurulayandan xırda-xırda doğrayırıq, üzərinə xırda doğranmış bir ədəd soğan 300 qram az duzlu pendir, duz, qara istiot və qırmızı istiot əlavə edib qarışdırırıq.
Daha sonra içliyə 4 yemək qaşığı duru yağ əlavə edib qarışdırın.

Börək
Lavaşın üzərinə sousdan gəzdirib hər tərəfinə yayırıq və sonra lavaşı ortadan bölürük. Alınan hissələrin yarısına içlik töküb bururuq.
Burulmuş lavaşları yağlı kağız sərili soba listinə yerləşdirin. Qalan sousu üzərinə tökün.
Börəyi əvvəlcədən 600 dərəcədə qızdırılan sobada altı və üstü qızarana qədər bişirin.
Və börəyimiz hazırd.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz