Azərbaycancaaz
Mir.az » Resept » Meksika Mətbəxindən : Ençilada Resepti

Meksika Mətbəxindən : Ençilada Resepti

50
asan resept,asan yemək resept,sadə resept
840 calories, 8 grams fat
Meksika Mətbəxindən : Ençilada Resepti

Yemək Haqqında:

Meksika mətbəxindən Yemək resepti.
İspan dilində “çili bibəri ilə dadlandırmaq” mənasını verən Ençilada ləzzətli Meksika yeməyidir. Bu dadlı yemək asıllıq yaradan bir dada malikdir. Mir.az Meksika mətbəxinin dadlı təamı Ençilada yeməyinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 200 qram holland pendiri
  • 8 ədəd lavaş

  • İçlik üçün:
  • 500 qram qiymə
  • 2 ədəd soğan
  • 1 ədəd yaşıl bibər
  • 1 ədəd qırmızı bibər
  • 1 stəkan konservləşdirilmiş qarğıdalı
  • 100 qram kərə yağı
  • 2-3 xörək qaşığı duru yağ
  • 1 diş sarımsaq
  • Yarım dəstə cəfəri
  • 1 çay qaşığı duz
  • 1 çqy qaşığı istiot
  • 1 çay qaşığı qırmızı pul bibər

  • Sous üçün:
  • 4 ədəd pomidor
  • 1 diş sarımsaq
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • Ətirli otlar( zövqə görə)
  • 2 xörək qaşığı duru yağ
  • 0,5 çay qaşığı şəkər tozu

Hazırlanma qaydası:

İlk öncə soğanı xırda doğrayıb yağda qovurun. Üzərinə qiyməni əlavə edib rəngi dəyişənə qədər bişirin.
Bibərləri kiçik kub formasında , sarımsağı isə xırda doğrayıb qiyməyə əlavə edin və orta odda bişirin. Zövqə görə duz, istiot və ədviyyat əlavə edib qarışdırın.Tam hazır olandan sonra ocaqdan götürüb üzərinə konservləşdirilmiş qarğıdalı və doğranmış göyərti əlavə edin
Pomidorları blenderdən keçirin, sarımsağı xırda doğrayın. Ayrı bir qazana blenderdən keçirtdiyiniz pomidorları, xırda doğradığınız sarımsağı , duru yağı və ədviyyatları əlavə edib 5-7 dəqiqə qaynadın.
Lavaşları istifadə edəcəyiniz formaya uyğun kəsin. Pendiri sürtgəcdən keçirin. Hər lavaşa qiymə və pendir qoyub rulet kimi bükün. Soba qabına sousun yarısını töküb içliklə doldurulmuş lavaşları yerləşdirin və üzərinə qalan sousu yayıb pendir səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə -pendir qızarana qədər bişirin. Bişdikdən sonra üzərinə cəfəri səpib süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz