Azərbaycancaaz
Mir.az » Resept » Sadə və Asan Mayalı Pizza Resepti

Sadə və Asan Mayalı Pizza Resepti

1 065
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Sadə və Asan Mayalı Pizza Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Quru mayalarla hazırlanan pizza xəmirləri asan bir şəkildə əldə açdıqdan sonra pendir növləri başda olmaqla sosisqa və bibərlərlə bir araya gəlir.
Artıq evdə asan bir şəkildə pizza hazırlamaq və istediyiniz inqrediyentləri pizzaya qatmaq artıq bu qədər asandı. Mətbəxə keçib sizdə hazırlaya bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

1 stəkan isti süd
1/2 çay qaşığı quru maya
1/2 çay qaşığı şəkər tozu
1 çay qaşığı duz
2,5 stəkan un

Sous üçün:
1.5 xörək qaşığı tomat pastası
1/2 xörək qaşığı acı ketçup
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı kəklikotu
1/4 çay qaşığı duz

Üzəri üçün:
300 qram
rəndələnmiş mozzarella pendiri
100 qram
rəndələnmiş holland pendiri
8 ədəd sosisqa
1 ədəd şirin bibər
1 ədəd qırmızı bibər

Hazırlanma qaydası:

Pizza xəmirini hazırlamazdan əvvəl ayrı bir qabda ilıq süd, quru maya və şəkər tozu qarışdırılır. Mayanı acıtmaq üçün qarışığı 10 dəqiqə saxlayın.
Ələnmiş un və duz qarışığını dərin bir qaba töküb orta hissəsini barmaqların ucu ilə açdıqdan sonra mayalı qarışığı əlavə edib unu kənarından ortasına doğru götürərək bütün ərzaqları qarışdırmağa başlayın.
Yoğrulmuş pizza xəmirini kiçik pizzalar hazırlamaq üçün dörd bərabər hissəyə bölün.
Pizza xəmirini otaq temperaturunda mayalanması üçün 30 dəqiqə gözlıyin.
Pizza sousunu hazırlamaq üçün kiçik bir qabda tomat pastası, acı ketçup, zeytun yağı, kəklikotu və duz hazırlayın. İstəyirsinizsə, çox az miqdarda su da istifadə edərək bilərsiz.
Xəmir kündələrini yüngülcə unlanmış mətbəx dəzgahında böyüdərək yayın. Yayılmış pizza xəmirlərini soba qabına qoyun.
Hazırladığınız sousu xəmirin ortasından başlayaraq kənarlarında boşluq qoyaraq yayın.
Sosisqaları yumru formada kəsin.Yaşıl və qırmızı bolqar bibərini kəsib ,yarıya bölüb, toxumları çıxarıb, yarım ay şəklində doğrayın.
Üzərinə sürtgəcdən keçirilmiş mozzarella pendiri və holland pendiri səpin. Bibər və sosisqa dilimlərini düzün.
Əvvəlcədən isidilmiş 250 dərəcə sobada 12-15 dəqiqə, pendir əriyənə və kolbasa dilimləri qızarana qədər bişirin. Sobadan çıxan isti pizzanı dilimlədikdən sonra isti şəkildə servis edin.


NUŞ OLSUN ?

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz