Azərbaycancaaz
Mir.az » Resept » Soyuducuda saxlaya biləcəyiniz "Kiçik Pizza" resepti

Soyuducuda saxlaya biləcəyiniz "Kiçik Pizza" resepti

287
asan resept,asan yemək resept,sadə resept
3045 calories, 30 grams fat
Soyuducuda saxlaya biləcəyiniz "Kiçik Pizza" resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Uşaqlarınızın sevəcəyi, bol ərzaqlı , soyuducuda saxla biləcəyiniz “Kiçik Pizza”lar.

NEÇƏ NƏFƏR ÜÇÜN

30 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

  • 1 stəkan isti süd
  • 1 stəkan isti su
  • Yarım stəkan yağ
  • 2 çay qaşığı şəkər tozu
  • 1 paket maya
  • 4 stəkan un
  • 1 çay qaşığı duz

    Sousu üçün:
  • Tomat pastası
  • Kəklikotu

    Üzəri üçün:
  • 4 ədəd sosisqa
  • 8-9 dilim kolbasa
  • 2 yaşıl bibər
  • Mozzarella pendiri
  • Zeytun

Hazırlanma qaydası:

Əvvəlcə xəmiri yoğurun.Bunun üçün qaba süd, su, yağ, şəkər tozu və mayanı töküb qaşıqla qarışdırın.
Sonra bir az un və duz əlavə edib xəmiri yoğurmağa başlayın.
Xəmir yoğrulan kimi yavaş-yavaş qalan unu da əlavə edərək ələ yapışmayan yumşaq xəmir hazırlayın.
Xəmiri streçlə örtüb 30 dəqiqə acımağını ( qalxmağını) gözləyin.
Üzəri üçün sosisqalari dilimləyin,,kolbasanı,bibəri,zeytunu xırda doğrayın.
Mayalı xəmiri 1-2 dəfə daha yoğurun ki, havası çıxsın.
Sonra xəmiri oxlovla açın.Diqqət edin çox qalın olmasın.
Açdığınız xəmiri su stəkanı ilə kəsin.Qalan xəmiri büküb kənara qoyun.
Pizzaları soba qabına yerləşdirin.
Qalan xəmiri yenidən oxlovla açıb stəkanla kəsin. Bu ölçülərlə 2 qab pizza alınır.
Pizzanın üzərinin sousu üçün tomat pastasına kəklikotu əlavə edərək qarışdırın.
Hazırladığınız sousu pizzaların üzərinə çəkin.
Sonra rəndələnmiş mozzarella pendirini, kolbasanı,sosisqanı ,zeytunu və bibərləri qoyub əvvəlcədən isidilmiş 180°C sobada təxminən 20-25 dəqiqə bişirin.
Bişmiş pizzalar süfrəyə hazırdır.
Hazırlanmış pizzaları soyuducuda istədiyiniz müddətdə saxlaya bilərsiz.Bu zaman soyuducudan çıxardığınızda sobada əriməsini gözləmədən 5-6 dəqiqə qızdırmaq kifayət edəcək.

NUŞ OLSUN ?

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz