Azərbaycancaaz
Mir.az » Resept » Keks Qabında İslak Keks Resepti

Keks Qabında İslak Keks Resepti

1 134
asan resept,asan yemək resept,sadə resept
840 calories, 8 grams fat
Keks Qabında İslak Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Belə yumşaq , pambıq kimi keks axtarırsızsa , buyurun sizə resept. Mətbəxə keçib hazırlamağa başlayın. Çay süfrələrinizə dad , ləzzət qatacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

3 ədəd yumurta
1.5 stəkan şəkər tozu
1 stəkan duru yağ
1 stəkan süd
1 paket vanil
2 xörək qaşığı kakao
1 paket qabartma tozu
2 stəkan un

sous üçün:
1 stəkan süd ( xəmirin içindən ayrılacaq hissəyə qatılacaq )

Üzəri üçün:
60 qram tünd şokolad

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu rəngi dəyişənə qədər mikserlə çalın.Yağ, süd, vanil və kakaonu əlavə edib yenidən çalıb bu qarışımdan 1 stəkan ayırın.
Qabartma tozu və unu qalan keks xəmirinə əlavə edib qarışdırıldıqdan sonra yağlanmış tort qəlibinə tökün.
Sobaya qoyub 180 dərəcədə nəzarətli şəkildə bişirin.
Bu arada ayırdığınız qarışım südlə qarışdırın.
Tortu sobadan götürdükdən 5 dəqiqə sonra tort qəlibində tortun üzərinə sous tökün.
Sous çəkilən kimi süfrəyə tərs çevirib çıxarın. Və sonda üzərini ərinmiş şokoladla bəzəyin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz