Azərbaycancaaz
Mir.az » Resept » Çox Tez Hazırlanan Asan Mərcimək Şorbası Resepti

Çox Tez Hazırlanan Asan Mərcimək Şorbası Resepti

79
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Çox Tez Hazırlanan Asan Mərcimək Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Hər evdə mütləq mərcimək şorbası bişmişdir. İndi gəlin bildiyimiz klassik mərcimək şorbasını biraz fərqliləşdirək. Bütün inqrediyentləri qazanın içərisinə töküb ən tez hazırlanan mərcimək şorbası edirik. İşin sirri soğanı ,tomat pastasını , mərciməyi yaxşıca qovurmaqdır. Bol ədviyyatlarla şorbanı daha da ləzzətləndirə bilərsiz. Buyurub sizdə edə bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 1,5 stəkan qırmızı mərcimək
  • 1 ədəd soğan
  • 1/3 stəkan zeytun yağı
  • 1 xörək qaşığı bibər pastası
  • 1 çay qaşığı kimyon
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

Qırmızı mərciməkləri yuyub suyunu süzün.
Soğanı xırda doğrayıb tavaya töküb ,zeytun yağı əlavə edib qovurmağa başlayın. Sonra mərciməkləri əlavə edib qovurmağa davam edin.
Sonda tomat pastasını əlavə edib bir neçə dəqiqə daha qovurun. 4-4,5 stəkan su əlavə edib qaynamağa buraxın.
Mərciməklər tamamilə yumşaq olduqda, ədviyyat və duz əlavə edin. Bir neçə dəqiqə daha qaynadıqdan sonra ocaqdan götürün. Bütün inqrediyentləri blenderi ilə yaxşıca qarışdırın. İsti servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz