Türkiyə Mətbəxindən : Süzmə Mərcimək Şorbası Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şorba resepti.
Dadlı bir şam yeməyinin hekayəsi şorba ilə başlayır. Yaxşı bir şorba ilə başlayan şam yeməyi xoşbəxtlik səbəbidir. Üstəlik hava soyuqdursa, şorba içinizi isitməyə gələcək. Mir.az süzülmüş mərcimək şorbası reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
1 stəkan qırmızı mərcimək3 stəkan toyuq suyu
3,5 - 4 stəkan su
1 ədəd orta ölçü soğan
1 ədəd orta ölçü kartof
1 ədəd orta ölçü kök
1/2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı maye yağ
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı kimyon
Hazırlanma qaydası:
Kartof, yerkökü və soğanın qabığını soyun.
Bütün tərəvəzləri orta qalınlıqda və ölçüdə doğrayın.
Mərciməkləri bol suda yuyun.
Kərə yağı və maye yağı tavaya qoyub əridin. Soğanları əlavə edin və qovurmağa başlayın.Sonra yerkökü və kartofu əlavə edib qovurmağa davam edin.
Mərcimək, toyuq bulyonu və suyu əlavə edib qaynamağa buraxın.
Qaynayan zaman ədviyyat və duz əlavə edin.
Tərəvəzlər yumşaq olanda və mərciməklər bişəndə blenderdən keçirin.Təxminən 2-3 dəqiqə bu şəkildə qaynadıqdan sonra incə torlu süzgəcdən keçirin.
Şorba hazırdır. Süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz