Azərbaycancaaz
Mir.az » Resept » Ləzzətin Qısa Yolu: Asan Mərcimək Köftəsi Resepti

Ləzzətin Qısa Yolu: Asan Mərcimək Köftəsi Resepti

167
asan resept,asan yemək resept,sadə resept
2525 calories, 25 grams fat
Ləzzətin Qısa Yolu: Asan Mərcimək Köftəsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Əslində ,düzünü demək lazımdırsa, mərcimək köftəsini hazırlamaq bacarıq tələb edir.Gəlin işinizi asanlaşdıraq. Bu gün ən sürətli şəkikdə mərciməkdən ləzzətli, tam ölçülü köftə hazırlayacağıq. Mir.az asan mərcimək köftəsi reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

25 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

1 stəkan qırmızı mərcimək
1 ədəd soğan
1.5 stəkan incə bulqur
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
1/2 dəstə cəfəri
3/4 stəkan zeytun yağı
1 çay qaşığı qara istiot
1 çay qaşığı kimyon
1 çay qaşığı duz
1 çay qaşığı qırmızı bibər tozu

Hazırlanma qaydası:

Asan Mərcimək Köftəsi Reseptinin İpucu
Mərcimək bişirən zaman içində su qaldığından əmin olun. Əks halda sonradan əlavə etdiyiniz bulqur istədiyiniz kimi şişməyəcək və yumşaq olmayacaq.
Qarışıq otaq temperaturunda bir müddət dincəldikdən sonra cəfərini əlavə edin.Əvvəldən əlavə etsəniz dad və görünüşdə fərqlər yarana bilər.
İstədiyiniz müxtəlif ədviyyatlar əlavə edə bilərsiniz. Nar şərab , limon suyu və ya daha çox tomat pastası əlavə edərək ləzzətləndirə bilərsiniz.


Mərciməkləri bir neçə dəfə yuduqdan sonra qazana tökün və üzərinə 2,5 — 3 stəkan su əlavə edib əzilənə və yumşaq olana qədər bişirin.
Bişdikdən sonra ocağın altını söndürün.
Mərciməklərin üzərinə bulqur əlavə edib qarışdırdıqdan sonra qazanın qapağını bağlayıb otaq temperaturunda bir qədər saxlayın.
Zeytun yağı, tomat pastası və soğanı tavada yaxşıca qızardın.
Cəfərini də xırda doğrayın.
Bulqur şişdikdə üzərinə tomat pastası və soğan qarışığını əlavə edib yaxşıca qarışdırın.Duz və ədviyyat əlavə edib qarışdırdıqdan sonra otaq temperaturunda bir qədər saxlayın.
Sonra cəfərini əlavə edib yaxşıca yoğurun.
Hazır olduqdan sonra əllərinizlə sıxıb süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz