Türkiyə Mətbəxindən: Mahluta Şorbası Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şorba resepti.
Türkiyə məmləkətinin yerli və çox dadlı şorbalarından biri olan məhlua şorbası həm çox dadlıdır, həm də çox asandır. Xüsusilə Mersin, Adana və Hatayda çox tanınan və tez-tez hazırlanan bu ləzzətli şorba qış aylarında insanın içini isidir. Həm mərcimək, həm də düyü ilə hazırlanan və kimyon ilə zəngin olan bu şorba artıq sevimli şorbanız olmağa namizəddir.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
1 stəkan qırmızı mərcimək1/2 stəkan düyü
1 ədəd soğan
3 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı duz
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
1 çay qaşığı kimyon
8 stəkan su ( və ya toyuq suyu )
Hazırlanma qaydası:
Yuyulmuş mərcimək və düyünü dərin qazana tökün və üzərinə 8 stəkan su əlavə edib ocağın altını yandırın.
Düyü yumşalana qədər qaynadın.
Bu vaxt zeytun yağı əlavə olunmuş ayrı bir tavada xırda doğranmış soğanı qızardın.
Üzərinə kərə yağı və tomat pastasını əlavə edib tomat pastasının qoxusu çıxana qədər qızartmağa davam edin.
Ədviyyatları da əlavə etdikdən sonra kənarında qaynayan düyü ilə mərciməklərə hazırladığınız soğan məhlulunu əlavə edin və bir daha qaynadın.
Düyü və mərciməklər bişdikdən sonra isti halda servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz