Bu Dəfə Daha Ləzzətli: Sobada Kartof Salatı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
Türkiyədə kartof salatının çay vaxtı çox xüsusi yeri var. Bu resept demək olar ki, bütün menyularla uyğunlaşır. Gəlin bu dəfə onun daha gözəl versiyasını hazırlayaq.
Bu dəfə kartofu qaynatmaq əvəzinə sobada bişirib dadlı sous və bol inqrediyentlərlə birləşdirin. Budur bişmiş kartof salatı…O zaman Mir.az sizi resepti hazırlamaq üçün mətbəxə dəvət edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
4 ədəd orta ölçü kartof1 ədəd qırmızı bibər
1 ədəd kök
3 ədəd təzə soğan
1 kasa konservləşdirilmiş qarğıdalı
1/4 dəstə cəfəri
1/4 dəstə şüyüd
1 çay qaşığı sumaq
1 çay qaşığı quru nanə
1 çay qaşığı acı bibər tozu
1 çay qaşığı duz
1/2 ədəd limonun suyu
1 xörək qaşığı zeytun yağı
Hazırlanma qaydası:
Kartofun qabığını soyub kub formasında doğrayın və üzərinə bir-iki xörək qaşığı yağ və duz töküb qarışdırın.
Yağlı kağızla örtülmüş soba qabına kartofları tökün və əvvəlcədən isidilmiş 200 dərəcə sobada yumşaq olana qədər bişirin.
Kartof bişərkən bibəri kub formasında doğrayın,kökü sürtgəcdən keçirib qarğıdalı ilə birlikdə dərin bir qaba tökün.
Üzərinə şüyüd, cəfəri və soğanı xırda doğrayıb əlavə edin və qarışdırın.
Ayrı bir tərəfdə limon suyu, yağ və ədviyyatları qarışdırın.
Bişmiş kartoflar soyuduqdan sonra tərəvəzlər olan qaba tökün və üzərinə sousu əlavə edib yaxşıca qarışdırıb süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz